Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2674/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X3 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, o, Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Guya Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən guya epidemiya əleyhinə rejim sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı MİHO tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Bildirir ki, bu tamamilə qanunsuz və əsassızdır. Sözügedən haldan qəti şəkildə xəbəri olmamış, yalnız 29 avqust 2022-ci il tarixdə icra məmuru onunla əlaqə saxladıqdan sonra bilmişdir. Dərhal AQTA-nın Sumqayıt şöbəsinə yaxınlaşmış, qərarın surətini əldə etmişdir. Cərimənin qanunsuzluğuna gəlincə, 2014-cü il tarixdə adına VÖEN açdırmış, çay evini icarəyə götürmüş, vergi və digər sosial ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Pandemiya zamanı Sumqayıt şəhər 2 saylı Ərazi Vergi İdarəsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Qeyd olunanlardan da göründüyü kimi o işləmədiyi dövrdə AQTA tərəfindən yoxlama keçirilmiş, həmin çay evinin onunla heç bir əlaqəsi olmaya-olmaya ona cərimə yazılmışdır. İ Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alaraq barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, X2 heç bir izahat alınmamış, orada olan şəxslər X3 VÖEN-nü təqdim etdiklərinə görə cərimə ona yazılmışdır. X6 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN № ******* nömrəli qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə ərizə ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X5 göndərilmiş vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubdan görünür ki, X3 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətinin dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarında olan 034599 nömrəli vəsiqənin surətindən görünür ki, X6 İ Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X3, protokolu tərtib edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin etibarnamə üzrə nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X3 xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətinin dayandırılmış və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN № ******* inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2674/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2674/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver