Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2675/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərarından şikayət verilən Azərbaycan Respublikası X9 X2 böyük məsləhətçisi X4, baş məsləhətçisi X12, Qərardan şikayət verən şəxs X5, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13 iştirakları ilə, Azərbaycan Respublikası X9 X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası X9 X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X10 AR İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X7 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası X9 X2 xx.xx.2023-cü il tarixli YQ-0366 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə ünvan 1 ünvanında yerləşən “KFC” restoranında yoxlama həyata keçirilmişdir. 17 oktyabr 2023-cü il tarixli, YA-0366 nömrəli Yoxlama Aktına əsasən müəyyən qanun pozuntuları aşkar olunmuş və protokol tərtib edilmişdir. Protokola uyğun olaraq müəssisənin mətbəx sahəsindəki soyuducu kamerada üzərində Azərbaycan dilində etiketləmə aparılmayan məhsullar aşkar edilmişdir. 24 oktyabr 2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3 maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına satılmasına işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Maddədə qeyd edilmiş standartlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun 17-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır. Həmin qanunun 17.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa obyektinin mətbəxində müvafiq emal prosesini keçdikdən sonra istehsal etdiyimiz hazır məhsulun tərkib hissəsi kimi çıxış edir. Barəsində İXM-nin 447.0.3-cü maddəsi birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə yönəlmişdir Burada istehsalçının hüquqlarının pozulmasını inzibati orqan mətbəxdə istifadə etdiyimiz məhsulun üzərində etiketin olmaması kimi qiymətləndirmişdir. Halbuki yuxarıda qeyd etdiyimiz kimi həmin məhsul birbaşa istehlakçıya satılmır, qeyd olunan məhsullar yəni toyuq filesi, budu, kartof fri və s. aşkar olunmuş vəziyyətdə istehlakçıya satılsa idi biz o zaman etiketlərimə qaydalarının tələbini pozmuş olardı. Nə qədər ki, həmin məhsullar bir qutunun içində (hər bir qutunun üzərində etiketlənmiş vəziyyətdə) ölkəyə idxal olunur və restoranda müvafiq emal prosesini keçir. Hesab edirlər ki, inzibati orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərarı əsassızdır. Qanunu sadə dillə izahını aşağıdaki şəkildə qeyd etmişlər. Belə ki, istehlakçı aldığı məhsulun tərkibini, istifadə müddətini, adını, növünü və s. dair məlumatları azərbaycan dilində oxumaq (tanış olmaq) imkanına malik olmalıdır. Bu qaydaya riayət edirlər, menyuları da buna sübutdur. İstehlakçı sifariş etmək istədiyi məhsulun tərkibi ilə menyu ilə və kassa üzərində yerləşdirilmiş tablolar vasitəsi ilə tanış ola bilir. Ona görə də hesab edirlər ki, İXM-nin 447.0.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi mövcud vəziyyətə görə qanunsuz və əsassızdır. Bundan başqa ərizədə AR-nın Qida X3-X20 tərəfindən protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməmiş, şəxs protokola əlavə və qeydlər bildirmək hüququndan məhrum olduğu göstərilmişdir. Məhkəmə iclasında X10 şikayətinə uyğun izahat verərək bildirdi ki, o, Sumqayıt şəhərində yerləşən “KFC” restoranının direktorudur. Bildirir ki, onlara müştərilərə hazırlayaraq təqdim etmək üçün mərkəzi anbardan gündəlik tələbata uyğun müxtəlif adda, növdə və miqdarda hazır, dondurulmuş qida məhsulları gətirilir. Azərbaycan dilində etiketlər həmin malların (məhsulların) yerləşdiyi qutuların üzərində olur. Həmin qutuda isə bir neçə bağlama olur ki, bağlamalarda Azərbaycan dilində etiketlər olmur. Bağlamaların üzərində müvafiq etiketlər olmasa belə ondan istifadə edən işçi həmin məhsuldan istifadə qaydasını bilir, çünki bununla bağlı həmin işçilər müvafiq təlim keçmiş olurlar. Belə ki, işçi işə qəbul olunmamışdan öncə ona təlim keçirilir, təlimi uğurla bitirənlər işə qəbul olunurlar. Qeyd edir ki, anbarda aşkar edilən üzərində Azərbaycan dilində etiketləmə aparılmayan məhsulların mövcuduluğu ilə bağlı barəsində tərtib edilən İXM 447.0.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törədilməsində özünü təqsirli bilmir, yalnız həmin məcəllənin 220.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tördilməsində təqsirli bilir. Məhkəmə iclasında X5 müdafiəçisi X18 şikayəti müdafiə edərək əlavə olaraq bildirdi ki, özlərini yalnız İXM-nin 220.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilirlər, digər hissədə yəni həmin məcəllənin 447.0.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanı törətmədilmədiyini düşünür, bu səbəbdən şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş edir. Belə ki, restoranda emal etmək üçün anbardan gətirilməsi üçün sifariş ediliş qida məhsulları restorana bağlı vəziyyətdə karton qutularda gətirildikdən sonra açılır və həmin karton qutuların içərisində də ayrıca olaraq polietilen torbalarda birişirilərək (emal edilərək, hazırlanaraq) istehlakçılara təqdim edilməsi üçün nəzərdə tutulmuş yəni kartof fri, toyuq filesi, toyuq budu və s. məhsullar yerləşdirilir. Qeyd edir ki, anbara daxil olan bütün qida məhsullarının yerləşdikləri qutuların hər birinin üzərində Azərbaycan dilində müvafiq yazılar olan etiketlər yapışdırılır. Lakin qutuların içərisində olan politilen torbaların üzərində Azərbaycan dilində müvafiq etiketlər yapışdırılmır. Bildirir ki, onların istifadə etdiyi məhsulların 90 faizi ölkəyə idxal olunur. Əgər həmin malların üzərində Azərbaycan dilində etiketləmə aparılmazsa heç həmin məhsullar üçün idxal prosesi başa çatdırılmır. Həmin məhsulların yığıldığı qutuların üzərində Azərbaycan dilində etiketlər olur. Əgər mallar artıq ölkəyə idxal edilibdirsə deməli onların üzərində müvafiq etikelər yapışdırılmışdır. Bildirir ki, onlar həmin malları olduğu şəkildə vətəndaşa satmır, həmin qida məhsulları emal edilməklə, yəni bişirilmiş tam hazır formada müştərilərə təqdim edilir. Restoranda isə bütün elan lövhələrindən bişirilərək müştərilərə təqdim edilməsi nəzərdə tutulmuş istənilən qida məhsullarının tərkibi barədə məlumat əldə edilməsi mümkündür. Mərkəzi anbardan məhsullar qutularda restoranlara çatdırılır. Həmin qutuların anbarda tamlığının pozulması qadağandır, hər bir qutu yalnız müvafiq restoranda açıla bilər. Əlavə olaraq bildirir ki, “KFC” restoranı fraznçayzinq müqaviləsi əsasında ölkəmizdə fəaliyyət göstərir. Restorana daxil olan mallarda onların yalnız saxlanılma, istifadəsi ilə bağlı qeydlər olur. Bişirilmə qaydası isə yalnız fraznçayzinq müqaviləsindən irəli gələn tələblərə əsasən müəyyən edilir. Bundan başqa bildirir ki, aktda adları qeyd olunan 20 ədəd (hər birində 36 ədəd olmaqla) paçkada toyuq filesinin, 20 ədəd (hər birində 18 ədəd olmaqla) paçkada toyuq budunun, “Pickers” əmtəə nişanlı 6 kq-lıq pendirli pirojkinin, “MC Coin” əmtəə nişanlı 20 kq kartof frinin, 12 kq xardal sousunun və “HSH Brovvn” əmtəə nişanlı 30 kq kartof kotletinin qutularının üzərində Azərbaycan dilində müvafiq etiketlər olmuş, aktda qeyd olunanlar həqiqətə uyğun deyil. Bu barədə aidiyyatı fotoşəkilləri şikayət ərizələrinə əlavə etdiklərini izahatında qeyd etdi. Eyni zamanda müdafiəçi Günay Səfərova məhkəmə istintaqında Rafael Şıxəmmədovun iş materiallarına əlavə etdiyi fotoşəkillərə məhkəmənin diqqətini cəlb etmiş, bildirmişdir ki, həmin fotoşəkillərdən görsənir ki, yoxlama zamanı anbarda mövcud olmuş qutuların üzərində aktda adları qeyd olunan Toyuq filesinin, Toyuq budunun, xardal sousunun Azərbaycan dilində etiketləri mövcud olmuşdur. Bu səbəbdən qeyd olunanların nəzərə alınmasını, inzibati tənbeh vermə haqqında qərarın İXM-nin 447.0.3-cü maddəsinə münasibətdə xitam edilməsini, İXM-nin 220.1-ci maddəsinə münasibətdə isə yenidən araşdırmaya göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası X9 X2 böyük məsləhətçisi X11 bildirdi ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarışa və Azərbaycan Respublikası X9 X2 xx.xx.2023-cü il tarixli YQ-0366 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən ünvan 2 ünvanında fəaliyyət göstərən “KFC” restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı yoxlama aparılması qərara alınmış və həmin çıxarışa və qərara əsasən adı çəkilən restoranda yoxlama aparılmışdır. xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən, “KFC” restoranına baxış keçirilməsi nəticəsində bir sıra pozuntular aşkar edilmişdir ki, həmin pozuntular yoxlayıcılar Azər Tağızadə və özünün imzaladığı müvafiq aktda öz əksini tapmışdır. Restoranda aparılmış yoxlama zamanı işçilər üçün nəzərdə tutulmuş yetəri sayda soyunub-geyinmə dolabları ilə təmin edilmiş otaqların mövcud olmadığı aşkar edilmişdir. Qeyd olunan pozuntu Agentliyin Kollegiyasının 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın 2 nömrəli əlavəsinin 1.10-cu bəndinin tələblərinə ziddir. Bundan başqa yoxlama zamanı müəssisəsnin mətbəx sahəsindəki soyuducu kamerada üzərində Azərbaycan dilində etiketlənmə aparılmayan 20 ədəd (hər birində 36 ədəd olmaqla) paçkada toyuq filesi, 20 ədəd (hər birində 18 ədəd olmaqla) paçkada toyuq budu, “Pickers” əmtəə nişanlı 6 kq pendirli pirojki, “Mc Coin” əmtəə nişanlı 20 kq kartof firi, 12 kq xardal sousu və “Hash Brown” əmtəə nişanlı 30 kq kartof katleti aşkar edilmiş, fotoşəkilləri çəkilərək aktlaşdırılmışdır. Bununla da sahibkar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2023-cü il tarixdə X10 barəsində İXM-nin 220.1-ci və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İzahatına əlavə olaraq bildirir ki, özü şəxsən inzibati xətanın törədildiyi yerdə olmuşdur. Qeyd edir ki, yoxlama zamanı restoranın anbarına baxış keçirilən zaman Azərbaycan dilində müvafiq etiket yapışdırılmayan malların olduğu qutular aşkar edilmiş, fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. X5 müdafiəçisi tərəfindən anbarda olan qutuların üzərində guya Azərbaycan dilində etiketlərin olması barədə vermiş olduğu izahatı qəbul etmirlər, belə ki, fotoşəkillərdə yalnız Toyuq filesinin, Toyuq budunun, xardal sousunun Azərbaycan dilində olan etiketləri var ki, həmin fotoşəkillərin məhz yoxlama aprılan məhsulları aidiyyatı sübut edilmir. Qeyd edir ki, aktda adları sadalanan fotoşəkilləri çəkilmiş bütün qida məhsullarının yerləşdikləri qutuların üzərində Azərbaycan dilində etiketləmə aparılmadığını şəxsən müəyyən etmişlər. Həmin etiketlərin sonradan qərardan şikayət verən şəxs tərəfindən qutuların üzərinə vurulması mümkün olan haldır və bu istisna edilmir. Qeyd edir ki, vəzifəli şəxs X10 barəsində Agentlik tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası X9 X2 baş məsləhətçisi X1 tərəfindən qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, AR X9 X2 YQ-0366 saylı, xx.xx.2023-cüil tarixli “Yoxlama aparılması haqqında” qərara əsasən ünvan 2 ünvanında fəaliyyət göstərən “KFC” restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Planlı yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Vüqar Şixəmmədovun fəaliyyət göstərdiyi obyektdə qərarda qeyd edilən müddətdə planlı yoxlama aparılması məqsədilə xx.xx.2023-cü tarixli KY ********* nömrəli Çıxarış əldə edilmişdir. 12 oktyabr 2023-cü il tarixli, 0366 nömrəli “Qida obyektinə baxışın keçirilməsinə dair” aktdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “KFC” restoranında planlı yoxlama həyata keçirilmiş, aktda sadalanan çoxsaylı pozuntular aşkar edilmişdir. 13 oktyabr 2023-cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə”qərardan görünür ki, 20 ədəd (hər birində 18 ədəd olmaqla) paçkada toyuq budu, “Pickers” əmtəə nişanlı 6 kq pendirli pirojki, “Mc Coin” əmtəə nişanlı 20 kq kartof firi, 12 kq xardal sousu və “Hash Brown” əmtəə nişanlı 30 kq kartof katletinin satışı dayandırılmışdır. İş materillarına əlavə edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xata haqında protokoldan görünür ki, vəzifəli şəxs X10 İXM-nin 220.1 və 447.0.3-cü maddələrinə uyğun olaraq protokol tərtib edilmişdir. 13 avqust 2023-cü il tarixdə Rafayel Şixəmmədovaya inzibati xətaya dair işə baxılması ilə bağlı 24 oktyabr 2023-cü il tarixdə Agentliyə dəvət olunması barədə bildiriş göndərilmiş və həmin tarixdə hazırda mübahisələndirilən qərar qəbul edilmiş, X10 barəsində İXM-nin 220.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzbati xətanın törədilməsində təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilən məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 ədəd (hər birində 36 ədəd olmaqla) paçkada toyuq filesi, 20 ədəd (hər birində 18 ədəd olmaqla) paçkada toyuq budu, “Pickers” əmtəə nişanlı 6 kq pendirli pirojki, “Mc Coin” əmtəə nişanlı 20 kq kartof firi, 12 kq xardal sousu və “Hash Brown” əmtəə nişanlı 30 kq kartof katleti üzərində Azərbaycan dilində etiketlənmə aparılmadığı məlum olmuşdur. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Qida X3-X20 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə görə xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni: standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinəfiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası 17.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. Qida məhsulları dedikdə insan tərəfindən təbii və ya emal edilmiş halda istifadə olunan məhsullar nəzərdə tutulur. Məhkəmə sadalanan qanunun normalarının tələbindən çıxış edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir, belə ki, şikayət verən tərəf özünü AR İXM-nin 220.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədiməsində təqsirli bilmiş və iş materialları ilə bu pozuntunun törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə barəsində protokol tərtib edilmiş şəxs və onun müdafiəçisinin məhkəmə iclasında vermiş olduğu izahata tənqidi yanaşaraq hesab edir ki, bu izahatlar özünü müdafiə xarakter daşımaqla inzibati məsuliyyətdən yayınmaq üçün atılmış addımdır. Belə ki, Rəfael Şıxəmmədov və müdafiəçisi Günay Səfərova öz müdafiələrini tam olaraq müvafiq fotoşəkillərə istinad etməklə qurmuş, yoxlama zamanı anbarda olan və aktda adları çəkilən qida məhsullarının yerləşdikləri qutuların üzərində Azərbaycan dilində yazılar olan etiketlərin olduğunu bildirmiş, məhkəməyə hansı tarixdə, hansı qutunun üzərindən çəkildiyi məlum olmayan yalnız 3 adda məhsulun Toyuq filesinin, Toyuq budunun, xardal sousunun Azərbaycan dilində olan etiketinin olduğunu özündə əks etdirən fotoşəkilləri təqdim etmiş, digər məhsullara dair üzərində Azərbaycan dilində yazıları olan etiketlemə aparılmış qutuların fotoşəkilləri təqdim edilməmişdir. İş materillarına əlavə edilmiş “Qida obyektinə baxış keçirilməsi barədə” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, qida obyektində baxış aktda sadalanan inzibati orqanın əməkdaşları və Rəfael Şıxəmmədovun iştirakı ilə həyata keçirilmiş və həmin aktda adları sadalanan məhsullarının üzərində Azərbaycan dilində etiketləmə aparılmadığı müəyyən edilmiş, qutuların fotoşəkilləri çəkilmiş, lakin akta barəsində qərar qəbul edilən şəxs imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında tədqiq edilən və qərar qəbul etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilən bir neçə rakursdan çəkilmiş fotoşəkillərə baxış keçirilərkən həqiqətən də aktda adları sadalanan məhsulların yerləşdikləri qutuların üzərində Azərbycan dilində hər hansı etiketin olmadığı müəyyən edilmişdir. Bundan başqa R.Şıxəmmədovun şikayətinə əlavə etmiş olduğu və məhkəmə istintaqında tədqiq edilmiş Toyuq filesi, Toyuq budu və Xardal sousunun yerləşdiyi qutuların üzərində Azərbaycan dilində etiketlərin olmasına dair fotoşəkillərə tənqidi yanaşaraq onları yuxarıda sadalanan hallara əsasən mötəbər sübut qismində qəbul etmir. AR İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, X5 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası X9 X2 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2675/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2675/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver