Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2677/2024 04.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktor müavini X1 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin inzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2024-cü il tarixli 3-33-1800/012/003505 nömrəli raportda hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) ünvanına İran İslam Respublikasından 62223136 və 62226469 nömrəli vaqonlarla idxal olunan və **********1847 sorğu nömrəli gömrük bəyannəməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən “kvarsit” yükünün bəyannamə buraxılışa verilmədiyi halda gömrük orqanlarının icazəsi olmadan özbaşına boşaldıldığı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM 491.1 və 491.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Protokolu tərtib etmiş Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə icraatına 3505 nömrəli raport daxil olmuşdur. Həmin raportda qeyd olunmuşdur ki, Şəxs MMC qeyd olunmuş gömrük bəyannaməsində sonluğu 351847 olan sorğu bəyannaməsində idxal olunan mallar 2 vaqonla daşınmışdır. Mallar ölkə ərazisinə daxil olduqdan sonra gömrük nəzarətində olduğu halda Şəxs MMC-nin direktor müavini Məhəmməd Haqverdiyev tərəfindən malın boşaldılması haqqında tapşırıq vermişdir. Həmin tapşırıq verildikdən sonra Məhəmməd Haqverdiyev onlara təqdim etdiyi qaimə, alqı-satqı müqaviləsi və təhvil-təslim aktı vasitəsilə müəyyən edilmişdir ki, gömrük nəzarətində olan mallar üzərində sərancam verilmədən "xxxx" QSC-nə təhvil verilmişdir. Bu hallarla bağlı gömrük nəzarətində olan malların özbaşına boşaldılması və həmin malların üzərində sərəncam verilməsi ilə bağlı fakt aşkarlanmışdır. Mallar sentyabr ayının 4-də X7 İran İslam Respublikasından daxil olmuşdur. Belə ki, qaydaya əsasən mallar gömrük təyinat nöqtəsinə gəlir, şirkətin əməkdaşları tərəfindən gömrük əməkdaşlarına məlumat verilir, onların iştirakı ilə mallar boşaldılır və gömrük əməkdaşları da buna nəzarət edirlər. Gömrük əməkdaşları şirkətin nümayəndələri ilə əlaqə saxlamışlar və onlara bildirmişlər ki, mallar gömrük təyinat nöqtəsində yoxdur, mallar artıq boşaldılmış, “Azferal” zavoduna daşınaraq digər şirkətlərə təhvil verilmişdir. Bu səbəbdən Məhəmməd Haqverdiyevin izahatı alınmış və o, malların “Azferal” zavoduna boşaldılması tapşırığını şəxsən verdiyini bildirmişdir. Daha sonra həmin mallar boşaldılmış və digər şirkətə satılması və təhvil-təslim barədə sənədləri təqdim etmişdir. Ona görə də, İXM-nin 491.1 və 491.1.3-cü maddələri ilə inzibati araşdırma aparılmışdır. Şəxs MMC-yə ən yüksək cərimə məbləğinin olduğu maddənin dispazisiyasında olan minimum məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktor müavini Məhəmməd Haqverdiyev bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidirlər, anlaşılmamazlıq olmuşdur. Şəxs MMC olaraq aprel ayından ölkəyə kvarsit yüklərini gətirirlər, sadəcə olaraq başqa broker onların işlərini yerinə yeriməyə başladığından məlum hadisə baş vermişdir. Əvvəllər broker özü gömrük əməkdaşları ilə danışmış, onlara xəbər verildikdən sonra vaqon açılaraq mallar boşaldılmışdır. Bu işlə bağlı isə bildirir ki, brokerlə bir-birini başa düşməmişlər. Özü malların boşaldılması tapşırığını vermiş, gömrük əməkdaşlarının məlumatlı olmasından məlumatı olmamışdır. Nəticədə tapşırığına uyğun oaraq mallar boşaldılmışdır. Yuxarıda göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 62223136 və 62226469 nömrəli vaqonlarla idxal olunan və **********1847 sorğu nömrəli gömrük bəyannəməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən “kvarsit” yükünün gömrük orqanlarının icazəsi olmadan, bəyannamə buraxılışa verilmədən özbaşına boşaldıldığı müəyyən edilmişdir. **********1847 sorğu nömrəli gömrük bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 20.940.40 (iyirmi min doqquz yüz qırx manat qırx qəpik) manat məbləğində “kvarsit” yükü daxil olmuşdur. Əmək müqaviləsindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən Sumqayıt Gömrük İdarəsində bəyan edilən **********1847 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilən “kvarsit” yükü 62223136 və 62226469 nömrəli vaqonlarla ölkəyə idxal olunduqdan sonra onun tapşırığı ilə “Azferal” zavodunun ərazisinə boşaldılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 491.1 və 491.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi məhkəmə iclasında və ilkin araşdırma zamanı Şəxs MMC-nin direktor müavini Məhəmməd Haqverdiyevin etiraf edici ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. İşdə bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də Şəxs MMC İXM-nin 491.1 və 491.1.3-cü maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. İXM-nin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 62223136 və 62226469 nömrəli vaqonlarla idxal olunan və **********1847 sorğu nömrəli gömrük bəyannəməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilən “kvarsit” yükünün bəyannamə buraxılışa verilmədiyi halda gömrük orqanlarının icazəsi olmadan özbaşına boşaldılmaqla inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 491.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (20940,04 manat) otuz faizi məbləğində, yəni 6282,012 manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2677/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2677/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver