Məhkəmə qərarları › İş №3(060)-2678/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2678/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2678/2022 21.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs- X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 600 (altı yüz) manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 "inzibati tənbeh vermə haqqında” TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X3 məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 "inzibati tənbeh vermə haqqında” TP ******* saylı, 28 iyul 2022-ci il tarixli Qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 353.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Qərar 04 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokola əsasən tərtib edilmişdir. Protokol isə güya onun avtomaşınının yük çəkisinin qanunvericilikdə nəzərdə tutulan normanı aşdığından yazılmışdır. O, protokol və qərarda qeyd edilənlərlə razılaşmır. Ölçülər tamamilə əsassızdır. Bunu təsdiq edən sənədlər şikayətə əlavə edilmişdir. Protokolun surəti ümumiyyətlə ona verilməmişdir. Qəbul olunmuş qərar barədə isə ümumiyyətlə xəbəri olmayıb. Cavabdeh orqanın vəzifəli şəxsi ona heç bir məlumat vermədən, bildiriş göndərmədən, hüquq və vəzifələrim haqqında onun məlumatlandırmadan, inzibati xəta haqqında icraatın aparılmasını gizli şəkildə apararaq bu cür əsassız və qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən də o həmin qərarın nəyə əsaslandığından məlumatsızdır. Azərbaycan Respublikası İXM-nin 410.2.-ci maddəsinə görə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunun bu tələbləri kobud şəkildə pozulduğundan o, öz hüquqlarını həmin icraat zamanı həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə görə, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 şikayətdə göstərilənləri təsdiq edərək göstərdi ki, onun idarə etdiyi avtomobilin çəkisini çəkdikdən sonra, o tərəzidən şübhələniyi üçün yaxınlıqda olan digər tərəzidə avtomobilini yüklə və boş çəkdirmiş, onun avtomobilində yükün normada olduğu məlum olmuşdur. Ona görə də o, avtomobili boş halda geri qayıdaraq DYP əməkdaşlarından müqayisə üçün avtomobilin boş halda tərəzidə çəkilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Bundan sonra isə onun xəbəri olmadan inzibati xəta haqqında protokol tərtib edilmiş və onun iştirakı olmadan mübahisələndirdiyi qərar qəbul edilmişdir. Göstərilənlərin nəzərə alınaraq qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası DİN YPX-nin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN YPX-nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, onun razılığı olmadan, heç bir sübut gətirilmədən X3 İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və cərimə olunmuşdur. Onun hansı qaydanı pozması, hansı şəraitdə inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut yoxdur. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN YPX-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 "inzibati tənbeh vermə haqqında” TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarı ləğv edilərək Azərbaycan Respublikası DİN YPX-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 manat məbləğində cərimə olunması barədə Azərbaycan Respublikası DİN YPX İnzibati Qrup polis kapitanı X2 "inzibati tənbeh vermə haqqında” TP ******* saylı, 28 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası DİN YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar