Məhkəmə qərarları › İş №3(060)-268/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-268/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-268/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də çilingər-boru kəməri işçisi vəzifəsində çalışan ünvan 1 ünvanında qeydiyyatda olmaqla Saray qəsəbəsi, Səməd Vurğun küçəsi, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 08:30 radələrində sürücü Şəxs etibarnamə əsasasında idarə etdiyi “MİTSUBİSHİ OUTLANDER” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olmuş, həmin ünvanda yerləşən “Araz” marketin qarşısında parklanma etmək üçün sola manevr edən zaman qarşıdan gələn “YAMAHA” markalı, 50-B-193 dövlət qeydiyyat nişanlı motosikletin hərəkət yoluna çıxmış, nəticədə toqquşma baş vermişdir. Daxil olmuş tibbi ekspertiza rəyindən görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs “Yüngül” dərərcəli bədən xəsarəti almışdır. DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq protokolu tərtib etmiş şəxs X1 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünü inzibati xətanı törətməkdə təqsirli bilir. Belə ki, 11 dekabr 2024-ci il tarixdə saat 08:30 radələrində etibarnamə əsasında idarə etdiyi “MİTSUBİSHİ OUTLANDER” minik markalı avtomobillə Sumqayıt şəhəri, Araz marketin qarşısında parklanma əməliyyatı edərkən həmin küçədə düzünə hərəkətdə olan motosikletin yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət almışdır. Həmin şəxs təcili tibbi yardım avtmobili ilə xəstəxanaya aparılmışdır. Orada tibbi yardım alıb evə buraxılmışdır. Əməlindən peşmandır. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 11 dekabr 2024-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi motosikletlə Sumqayıt şəhəri Bədəlbəyli küçəsi ilə düzünə hərəkətdə olan zaman əks istiqamətli yolda “MİTSUBİSHİ OUTLANDER” markalı avtomobil sola manevr edən zaman onun hərəkət yoluna çıxmış, nəticədə toqquşma baş vermişdir. Hadisə nəticəsində o, xəsarət almışdır. Hadisə yerinə çağrılmış təcili yardım avtmobili ilə xəstəxanya aparılmış, orada tibbi yardım alıb evə buraxılmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, özünə məxsus “MİTSUBİSHİ OUTLANDER” minik markalı, **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 11 dekabr 2024-ci il tarixdə saat 08:30 radələrində avtomobili ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olmuş, həmin vaxt S.Bədəlbəyli küçəsində dönüb Araz marketdən bazarlıq etmək istəyən zaman həmin küçədə düzünə hərəkətdə olan motosikletin yoluna çıxmış və toqquşma baş vermişdir. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət almışdır. Ora çağrılan təcili yardım avtmobili ilə xəstəxanya aparılmışdır. Orada tibbi yardım alıb evə buraxılmışdır. Hadisdən əvvəl spirtli içki içməmişdir. Avtomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. “MTE və PA Birliyi” X3 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 2092 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində alnın 2 ədəd yarası və sol əlin sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı yarana bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 6789 nömrəli aktdan görünür ki “MİTSUBİSHİ OUTLANDER” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs alkoqol sərxoşluğu vəziyyətinin olmaması müəyyən edilmişdir. Məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi özünün və zərəçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır, ona görə də, o, İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin İ hissəsinə görə Üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını Şəxs əməlini yüngüləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin polis kapitanı Niyaməddin Həsənovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar