Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2681/2022 18.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 05 oktyabr 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 73185.00 ABŞ dolları məbləğində vəsaiti 17 sentyabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 73185.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 sentyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, 5 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində X1 430.4-cü maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Bununla bağlı bildirir ki, xx.xx.2018-ci il tarixdə Şəxs MMC ilə “EVRAZ ZSMK” SC şirkəti arasında alqı-satqı müqaviləsi bağlanılmışdır və həmin müqaviləyə əsasən sifariş verilən mallar tam həcmdə ölkəyə gətirilmişdir. Bu fakt "xxxx" ASC tərəfindən xx.xx.2022 tarixli məktublada təsdiq edilir. Bundan başqa, bu fakt **********3500 və **********6355 saylı Gömrük bəyannamələri ilə də təsdiq olunur. "xxxx" ASC tiktinti matereallarını idxal edilməsini texniki səbəblərə görə qeydə almamış, bu səbəbdən də bank Şəxs QSC barəsində əsassız olaraq inzibati xəta protokolu tərtib etmişdir. Qeyd olunan malların daxil olmasına dair məlumatların qeydə alınmaması faktı Bankın xx.xx.2022-ci il tarixli rəsmi məktubu ilə də təsdiq edilir. Bu və digər inkar edilməz faktlar təsdiq edir ki, yuxarıda qeyd olunan müqavilələr üzrə bütün mallar ölkəyə idxal edilmişdir. Bundan başqa “EVRAZ ZSMK” SC şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəyə gətirildiyini təsdiq edən rəsmi sənədlər, bankın xx.xx.2022-ci il tarixli rəsmi məktubu, gömrük bəyannamələri, invoyslar və digər sənədlər də vardır həmin sənədlər etiraza əlavə ediləcəkdir. Qeyd olunanlara əsasən hesab edirik ki, Şəxs QSC barəsində Bank tərəfindən tərtib olunan inzibati xəta protokolu tamamilə qanunsuz və əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən “EVRAZ ZSMK” SC şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən tikinti materiallarının ölkəyə gətirildiyi, hətta bankın rəsmi məktubu ilə də təsdiq olunursa bu zaman DİADEM” QSC barəsində X1 430.4 maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi əsassızdır. Bunları nəzərə alaraq Şəxs QSC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassız olduğuna görə xitam edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********3500 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 36122.97 (otuz altı min yüz iyirmi iki dollar doxsan yeddi sent) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********6355 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə 36200.00 (otuz altı min iki yüz) ABŞ dolları dəyərində mal idxal olunmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 200/200/1087/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, **********3500 və **********6355 saylı gömrük bəyannamələri digər bank tərəfindən tam bağlanmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSCnin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 05 oktyabr 2022-ci il tarixli, EP № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 05 oktyabr 2022-ci il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 73185.00 ABŞ dolları məbləğində vəsaiti 13 avqust 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 73185.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********5371 sorğu nömrəli gömrük bəyannaməsindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 36122.97 (otuz altı min yüz iyirmi iki dollar doxsan yeddi sent) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********3500 sorğu nömrəli və xx.xx.2018-ci il tarixli müqavilə üzrə 36200.00 (otuz altı min iki yüz) ABŞ dolları dəyərində - xx.xx.2020-ci il tarixli **********6355 sorğu nömrəli Gömrük Bəyannamələri ilə mallar idxal edilmişdir. Ümumilikdə isə 72322.97,00 (yetmiş iki min üç yüz iyirmi iki dollar doxsan yeddi sent) ABŞ dolları dəyərində mallar idxal edilmişdir. Aradakı fərq 862.03 (səkkiz yüz altmış iki dollar üç sent) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Yuxarıda qeyd olunan normaların tələblərindən də göründüyü kimi bu inzibati xətanın törədilməsi üçün idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən yuxarı olmalıdır. İş üzrə geri qaytarılmayan məbləğin qalıq dəyəri 862.03 (səkkiz yüz altmış iki dollar üç sent) ABŞ dolları təşkil etdiyindən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 05 oktyabr 2022-ci il tarixli, EP № ******* saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2681/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2681/2022
18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver