Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2682/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Pİ-nin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsi X5 Şöbəsi tərəfindən "xxxx" Firması barəsində 30 iyul 2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması hüquqi şəxsin mülkiyyətində olan “Ford Transit” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının nümayəndəsi və protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" Firmasının nümayəndəsi X1 məhkəməyə ünvanlanmış etiraz qeydlərində bildirmişdir ki, "xxxx" Firmasına daxil olmuş sorğu adlanan sənəd, bu növ sənədlər üçün nəzərdə tutulmuş rekvizitlərin heç birini özündə əks etdirmir, yəni məktubda möhür, ştamp, imza, sorğunu göndərən şəxsin vəzifəsi, sorğunun tarixi mövcud deyildir. Məktubun üzərində əl ilə yazılmış H/10/23 qeydiyyatı vardır ki, həmin qeydiyyatın məzmununun nədən ibarət olması bəlli deyildir. Digər tərəfdən barəsində inzibati protokol tərtib edilmiş FORD TRANSİT 450 YÜK markalı **-AE-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi "xxxx" Firmasının mülkiyyətində olsa da 04 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin icarəsinə verilmişdir. Ona görə də Sumqayıt ŞPİ DYPŞ-nin sorğu adlandırdığı həmin sənəd 5 gün müddətində cavab verilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC də öz növbəsində 09.08.2021-ci il tarixli 55 nömrəli məktubla Sumqayıt ŞPİ DYPŞ-yə cavab verərək nəqliyyat vasitələri və sürücülər barədə məlumatı bildirmişdir. Bundan əlavə barəsində inzibati protokol tərtib edilmiş FORD TRANSİT 450 YÜK markalı **-AE-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü Ramiz Əfəndiyev tərəfindən cərimələr 23.08.2021-ci il tarixdə ödənilmişdir. Qeyd olunanlara əsasən "xxxx" Firmasının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53.1.2 və 105-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş "xxxx" Firması tərəfindən "xxxx" MMC-nin direktoru Səttar Əliyevə ünvanlanmış 07.07.2021-ci il tarixli 32 №-li məktubdan görünür ki, "xxxx" Firmasının mülkiyyətində olan 04.09.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş FORD TRANSİT 450 YÜK markalı **-AE-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü barədə Sumqayıt ŞPİ DYPŞ-nin imzasız, tarixsiz və nömrəsiz sorğusu 5 gün müddətində cavab verilməsi üçün göndərilmişdir. İş materiallarına əlavə olunmuş 09.08.2021-ci il tarixli "xxxx" MMC tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 ünvanlanmış məktubdan müəyyən olunur ki, 04.09.2020-ci il tarixli müqaviləyə əsasən FORD TRANSİT markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş 23.08.2021-ci il tarixli qəbzdən EQ7500962 nömrəli protokol üzrə 09 (doqquz) manat, EQ7500963 nömrəli protokol üzrə 09 (doqquz) manat, EQ7500961 nömrəli protokol üzrə 18 (on səkkiz) manat ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi X5 Şöbəsi tərəfindən "xxxx" Firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan "xxxx" Firmasının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına [Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları] yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş materiallarında olan xəbərnamədə bu növ sənədlər üçün nəzərdə tutulmuş rekvizitləri, yəni məktubda möhür, ştamp, imza, sorğunu göndərən şəxsin vəzifəsi, sorğunun tarixi mövcud deyildir. SAMURAY” Firması tərəfindən "xxxx" MMC-nin direktoru Səttar Əliyevə ünvanlanmış 07.07.2021-ci il tarixli 32 №-li məktubdan görünür ki, "xxxx" Firmasının mülkiyyətində olan 04.09.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş FORD TRANSİT 450 YÜK markalı **-AE-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin sürücüsü barədə Sumqayıt ŞPİ DYPŞ-nin imzasız, tarixsiz və nömrəsiz sorğusu 5 gün müddətində cavab verilməsi üçün göndərilmişdir. 09.08.2021-ci il tarixli "xxxx" MMC tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X4 ünvanlanmış məktubdan 04.09.2020-ci il tarixli müqaviləyə əsasən FORD TRANSİT markalı **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin icarəsinə verildiyi müəyyən olunur. 23.08.2021-ci il tarixli qəbzdən EQ7500962 nömrəli protokol üzrə 09 (doqquz) manat, EQ7500963 nömrəli protokol üzrə 09 (doqquz) manat, EQ7500961 nömrəli protokol üzrə 18 (on səkkiz) manat ödənilmişdir. Ona görə də, inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis idarəsi X5 şöbəsi tərəfindən "xxxx" Firması barəsində 30 iyul 2021-ci il tarixli, AP saylı ******* saylı №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2 və 114.2.1-ci maddələrinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2682/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2682/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver