Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2682/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 58, mənzil 26 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə 05 oktyabr 2022-ci il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC (VÖEN **********) 27.886,00 ABŞ dolları məbləğində vəsaiti 17 sentyabr 2020-ci il tarixində xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 27.886,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 18 sentyabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş EP № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 24 oktyabr 2022-ci il tarixə təyin edilmişdir, lakin sübutların təqdim olunması ilə əlaqədar məhkəmə iclası 04 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. 04 noyabr 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin ərizəsinə əsasən məhkəmə iclası 30 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 24 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, “Beysur 2000'’ MMC “X4” şirkəti (Ankara, Türkiyə, Satıcı) arasında xx.xx.2020-ci il tarixli, DG-BS-2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini “Satıcı’' “Alıcı”-ya onun sifarişinə əsasən 27.886,00 ABŞ dolları məbləği miqdarında mal satmağı öhdəsinə götürmüşdür. “Alıcı” qeyd olunan müqavilələrin 2.3-cü bəndinə əsasən öhdəliklərini vaxtında yerinə yetirərək, müqavilə üzrə nəzərdə tutulmuş məbləği “X4” şirkətinin bank hesabına köçürmüşdür. “X4” şirkəti müqavilənin şərtlərinə əməl etməyərək müqavilə üzrə nəzərdə tutulmuş malları göndərməmiş, nə də həmin pulu onların hesabına geri qaytarmamışdır. Yazışmalar nəticəsində onlara bildirilmişdir ki, Covid 19 pandemiyası ilə əlaqədar bütün dünya ölkələri arasında iqtisadi əlaqələr kəsilmişdir. Sifariş edilən mallar Türkiyədə yığılsa da həmin malların xammalı Fransa Respublikasından gəlməli idi. Məlum pandemiya onlara bu problem yaratdığı üçün, aralarında olan müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməmişlər. Sonuncu yazışmada bir ay ərzində pulu geri qaytaracaqlarını bildirilmişlər. Qeyd olunanlara əsasən "xxxx" MMC barəsində İXM-nin 430.4-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. 24 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə inzibati xətanın törədilməsində təqsirli bilməyərək "xxxx" MMC barəsində İXM-nin 430.4-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun, nümayəndəsi və vəkilinin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “X4” şirkəti tərəfindən Şəxs MMCyə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli, DG-BS-2020 saylı alqı-satqı müqaviləsində qeyd olunan mallar Covid-19 səbəbindən göndərilməsi mümkün olmamışdır. Müqavilə üzrə qeyd olunan mallar 2023-cü ildə Şəxs MMC-nin ünvanına göndəriləcəkdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, ZB № 8382 saylı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, Şəxs MMC qabaqcadan ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini (və ya qismən təqdim edən) və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim olunmalıdır, lakin Şəxs MMC banka təqdim olunmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X2 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Şəxs MMC 27.886,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Bank hesabından 17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 27.886,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 58, mənzil 26 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5.577,20 (beş min beş yüz yetmiş yeddi ABŞ dolları, 20 sent) (27.886,00 x 20 %) ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2682/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2682/2022
30.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver