Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2684/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, qərardan şikayət vermiş X2, qərarından şikayət verilmiş orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin inzibati tənbeh vermə haqqında 15 avqust 2022-ci il tarixli TP ******* saylı elektron qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi (bundan sonra mətndə BDYPİ) tərəfindən onun barəsində qəbul edilmiş 15 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləgv edib, AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, BDYPİ-nin 15 avqust 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə olunmudur. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edərək bildirirr ki, xx.xx.2022-ci il tarixdə Qubadan üzü Bakı istiqamətinə gələrkən Zarat postunda özünü Elvin kimi təqdim edən DYPX əməkdaşı onu saxlayaraq qayda pozuntusu etdiyini bildirmişdir. Hansı qayda pozuntusu etdiyini soruşduqda pozuntunun yolda yerləşdirilmiş kameralar vasitəsilə aşkar olunduğunu və buna görə ona cərimə yazacağını söyləmişdir. O, isə DYPX əməkdaşına etdiyi hərəkətin qanunsuz olduğunu və İXM-nin 122.5 tələblərini bildirməyinə baxmayaraq onu tabesizlik etməkdə günahlandırmağa başlamışdır. Yersiz polimikaya girməməkdən ötrü sürücülük vəsiqəsini ona cərimə yazması üçün təqdim etmişdir. Onun asan ödəniş sistemində qeydiyyatdan keçdiyi elektron kabinetinə İXM-nin 327.2-ci maddəsinin (əks istiqamətli hərəkət zolağına çıxmaqla hərəkət) tələblərini pozmağı barədə inzibati tənbeh vermə haqqında elektron qərar daxil olmuşdur. Asan ödəniş sistemindən qeyd olunan qərardan DYPİ-nə şikayət etmiş, şikayətinə cavab olaraq bildirildi ki, “iş araşdırıldı protokol əsaslıdır”. O, protokoldan şikayət edərkən bildirmişdir ki, ona qeyd olunan qanun pozuntusunun heç bir video və ya foto şəkili gəlməmiş, əgər belə bir pozuntu varsa onun elektron kabinetinə bunu yerləşdirilməlidir. Ancaq araşdırmanın necə aparıldığı, protokolun hansı sübutlara əsaslandığı barədə ona vətandaş olaraq heç bir məlumat verilməmişdir. Hesab edir ki, İXM-nin 327.2-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyildir. İXM-nin 53.1.2-ci maddəsinin tələbinə əsasən əməlində inzibati xəta tərkibi olmaması əsası ilə barəsində olan inzibati xəta haqqında elektron qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət 11 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 21 oktyabr 2022-ci il tarixə təyin edilmiş, lakin şikayət vermiş şəxs elektron ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Şikayətə baxılması 04 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. 04 noyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən X3 və qərarından şikayət verilmiş orqan BDYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə məhkəmə mübahisələndirilən qərardan Orxan Əliyevin şikayət vemə müddətini ötürübötürməməsi məsələsini müzakirə etmişdir. Belə ki, mübahisələndirilən elektron qərar xx.xx.2022-ci il tarixlidir, şikayət isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qeyd edilən məsələ müzakirə edilərkən Orxan Əliyev bildirmişdir ki, mübahisələndirilən qərar ona vaxtında rəsmi qaydada göndərilməmiş, yalnız onun yuxarı inzibati orqana şikayətindən sonra ona ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba qoşma kimi əlavə edilmişdir. Həmin məkubu da o elə şikayət verdiyi xx.xx.2022-ci il tarixdə almışdır. Lakin poçt qəbzini hara qoymasını xatırlamır. Qərarından şikayət verilmiş orqan BDYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bu məsələyə münasibətində bildirdi ki, Orxan Əliyevin yuxarı inzibati orqana etdiyi şikayətlə bağlı şikayət instansiyasının ayrıca qərarı qəbul edilməmişdir. Ona məktubla cavab verilmiş, daha əvvəl qərar ona göndərilmədiyindən həmin qərar məktuba qoşma kimi əlavə edilmişdir. Mümkündür ki, Orxan Əliyev mübahisələndirilən qərarı xx.xx.2022-ci il tarixdə almışdır. Qeyd edilən müzakirələrə əsasən məhkəmə hesab etmişdir ki, X3 mübahisələndirilən qərardan şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə iclasında X3 şikayətinə uyğun izahat verərək barəsindəki 15 avqust 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında BDYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə “BMW" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 83-cü km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə zidd olaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığlna görə yol-patrul əməkdaşı tərəfindən dayandırılaraq sürücü barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qayda pozuntusu Elektron qaydada deyil, real vaxt rejimində Təhlükəsiz şəhər kamerası vasitəsilə qeydə alınıb, bu qayda pozuntusunu da inspektor Nümayəndə2 monitorda müşahidə edərək qərar qəbul etmişdir. İnspektor tərəfindən ötmə qaydasının pozulması ilə bağlı sürücüyə bildirilmiş, sürücü X3 qeyd olunan inzibati xətanı elektron qaydada (EQ) aşkarlanan qayda pozuntusu olmasını bildirmiş və şəxsi kabinetinə göndərilməsini qeyd etmişdir. Lakin qeyd olunan inzibati xəta real vaxt rejimi ilə aşkarlanan qayda pozuntusudur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Hazırkı iş üzrə sürücü xx.xx.2022-ci il tarixdə “BMW" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 83-cü km-də hərəkətdə olarkən Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə zidd olaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apararaq qayda pozuntusu təhlükəsizlik şəhər kamerasının real vaxt rejimi ilə aşkarlanmışdır. Qeyd olunanların nəzərə alınmaqla şikayətin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmiş şəxs BDYPİ-nin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 izahatında bildirdi ki, xx.xx.2022-ci ildə xidmətdə olarkən “BMW" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 83-cü km-də hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə zidd olaraq 1.1 üfüqi nişanlanma xettini kəsib qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığlna görə tərəfindən saxlanılmışdır. Qayda pozuntusu sürücüyə izah olunarkən, o buna məhəl qoymaq istəməyərək avtomobilini idarə edib hərəkətinə davam etməyə cəhd etmişdir. Həmin vaxt o qarşıda xidmət aparan YPX-nin əməkdaşına səslənərək avtomobili saxlamsını bildirmişdir. Daha sonra sürücü barəsində 1.1 üfüqi nişanlanma xəttini kəsib qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmasına görə tərəfindən İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. İş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin, şahidin və qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndələrinin izahatlarını dinləyərək, məhkəməyə təqdim olunmuş DVD diskdə qeydə alınmış görüntüyə baxaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində 15 avqust 2022-ci il tarixdə İXM ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 15 avqust 2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək X3 barəsində İXM-nin 327.2ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60,00 (altmış) manat məbləğində cərimə olunmuşdur. İXM-nin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsaslardır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 51-ci maddəinin V bəndinin 1 hissəsinə əsasən nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) ötmə qadağandır. X3 tərəfindən xx.xx.2022-ci il tarixdə “BMW" markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun 83-cü km-də hərəkətdə olarkən nizamlanan yolayrıclarında əks istiqamətli hərəkət zolağına keçməklə ötmə əməliyyatı apararaq qayda pozuntusu təhlükəsizlik şəhər kamerasının real vaxt rejimi ilə aşkarlanmışdır. X3 tərəfindən qeyd olunan inzibati xəta törədilməsinə görə yol-patrul əməkdaşı tərəfindən dayandırılaraq onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Məhkəmə iclasındakı araşdırma zamanı X2 İXM-nin 327.2-ci maddəsinin tələbini pozmaqla qeyd olunan qayda pozuntusuna yol verməsi məhkəməyə təqdim edilən diskə baxılarkən öz təsdiqini tapmışdır. BDYPİ-nin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən İXM-nin 122.5ci maddəsinin tələblərinin pozulmasına dair Orxan Əliyevin şikayətində qeyd etdiyi və məhkəmə iclasında bildirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilərkən İXM-nin 122.5-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, Orxan Əliyevin törətdiyi qayda pozuntusu foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, real vaxt rejimində təhlükəsiz şəhər kamerası ilə qeydə alınmışdır. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, BDYPİ-nin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanunidir, həmin elektron qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X2 şikayəti təmin olunmamalıdır. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X4 tərəfindən xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2684/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2684/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver