Məhkəmə qərarları › İş №3(060)-2684/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2684/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2684/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq vermə barədə qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq vermə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər DYPŞ tərəfindən barəsində çıxarılmış X7 Haqqında qərardan şikayət verib. Sürücülük vəsiqəsi qanunsuz və əsassız olaraq məhrum edilmişdir. Lakin birinci instansiya məhkəməsi şikayətini tam hərtərəfli araşdırmayaraq şikayətini təmin etməmiş və Sumqayıt şəhər DYPŞ tərəfindən çıxarılan qərarı dəyişdirmədən saxlamışdır. Məhkəmə qərarından narazı qaldığı üçün apelyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsi şikayətini tam obyektiv və hərtərəfli araşdıraraq şikayətimi təmin etdi və Sumqayıt şəhər məhkəməsinin 3(060)-1979/2025-nömrəli xx.xx.2025-ci il tarixli qərarını ləğv edərək inzibati xəta tərkibi olmadığı üçün barəsində olan inzibati iş üzrə icraata xitam vermişdir. O, birinci instansiya məhkəməsindən qərarın surətini alıb evə gedərkən ypx əməkdaşları onu heç bir qayda pozmadığı halda saxlayıb sürücülük vəsiqəsindən məhrum olduğu üçün niyə idarə etdiyini soruşdu. O da apelyasiya şikayət verdiyini və məhkəmə qərarı qüvvəyə minmədiyi üçün məhrumiyyət təsdiq edilmədiyini bildirsə də, o buna məhəl qoymayaraq qanusuz olaraq barəsində LXM-nin 329 .3 cü və 332.3-cü maddəsində nəzərdə tutulan protokol tərtib elədi. Qeyd etmək istəyir ki, barəsində çıxarılan X7 Haqqında Qərar əssasız və qanusuz tərtib olunub, ümumiyətlə əlavə olaraq 329.3-cü maddənin tələbin pozmamışdır. Ona görə də hesab edir ki, barəsində çıxarılan TP ******* saylı X7 haqqında qərar xitam olunmalıdır. Bildirmək istəyir ki, qərarın surətini xx.xx.2025-ci il saat 11:17-də alıb və ondan 20 gün müddətinə şikayət vermə hüququ var. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq məhkəmədən Sumqayıt Şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru Polis X1 barəsində tərtib etdiyi TP7471448 saylı X7 haqqında qərar qanusuz və əsassız olduğuna görə xitam edərək iş üzrə icraata xitam verilməyini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq vermə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin vaxt işıq cihazlarından istifadə qaydalarını pozmamış, protokoldan narazı olduğunu YPX inspektoruna bildirmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru X5 bildirmişdir ki, Samir Məmmədov tərəfindən işıq cihazlarından istifadə qaydalarının pozulmasına görə tərəfindən saxlanılmış, elektron sistemdə nəqliyyat vasitəsinin idarə etmə hüququ məhdudlaşdırılması müəyyən edildiyində barəsində İXM-in 329.3 və 332.3cü maddələri il X7 haqqında qərar qəbul etmiş, həmin vaxt sürücü tərəfindən hər hansı məhkəmə qərarı ona təqdim edilməmiş, bu səbəbdən qəbul etdiyi qərarı qanuni hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X7 barədə qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-in 329.3 və 332.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-588/2025 nömrəli qərarından görünür ki, S.Məmmədovun şikayəti təmin edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli X7 haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1979/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli X7 haqqında qərar qanuni hesab edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində inzibati xəta haqqında qərarın İXM-in 327.7, 329.3, 333.1-ci maddələri ilə tərtib olunduğu qeyd edilmişdir. Məhkəmə izahatları və iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, X7 qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X10 Şöbəsinə göndərilməlidir. Belə ki, İnzibati xəta qanunvericiliyinə əsasən inzibati təneh vermə haqqında qərar məhkəmə qaydasında mübahisələndirildikdə qərar qanuni qüvvəyə minmiş hesab olunmur. İş materialından görünür ki, Samir Məmmədovun nəqliyyat vasitəsinin idarə etmək hüququnun məhdudlaşdırılması barədə X7 haqqında qərar (xx.xx.2025-ci il tarixli İXP 7303584) məhkəmə qaydasında mübahisələndirilmiş, Sumqayıt Şəhər Məhkəməsi X7 haqqında qərarı qanuni hesab etsə də, həmin qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş (yəni Sumqayıt Şəhər Məhkəməsinin də qərarı qanuni qüvvəyə minməmiş), apellyasiya instansiyası şikayəti təmin edərək xx.xx.2025-ci il tarixli İXP ******* qərarı ləğv etmişdir. Bundan başqa şikayətçi Samir Məmmədovun protokolla razılaşmamasına baxmayaraq YPX inspektoru Azərbaycan Respublikası İXM-nin 124.4-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli və yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qərar qəbul edilməli olduğu halda o, özü Samir Məmmədov barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 332.3-ci maddəlarıi ilə protokol tərtib edilən gün, yəni xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli X7 haqqında qərar qəbul edərək onu 400 (dörd yüz) manat məbləğində inzibati cərimə etmişdir. Bununla da, məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixində Samir Məmmədovun nəqliyyat vasitəsini idarə edərkən İXM-in 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibatii xətanı törədib-törətməməsi, həmçinin həmin vaxt nəqliyyat vasitəsinin idarə etmək hüqunun məhdudlaşdırılması məsələsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 3(105)-588/2025 nömrəli qərarının nəticəsinə uyğun olaraq yenidən DYPŞ tərəfindən araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar