Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2685/2024 23.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə, İsmayıllı rayonu, Naxaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Vətəndaş Şəxs barəsində 23 oktyabr 2024-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə Şəxs Anar və İlkin adlı şəxslərlə birlikdə “Kazino” oyununda iki qat qazanc əldə etmək vədi ilə vət.Zərərçəkmiş şəxs qarşı 90 (doxsan) manat məbləğində dələduzluq etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X2 məhkəmə iclasında bildirdi ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək ona qarşı 90 manat məbləğində dələduzluq olunduğunu bildirmişdir. Müraciət əsasında hadisəni törətməkdə şübhəli olan şxəs qismində Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Sumayıt ŞPİ-nin 1-ci PB-nə təmin olunmudşdur. Şəxs izahatı alınmış, izahatında törətdiyi əməli təsdiq etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Odur ki, inzibati xəta törətmiş şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, bu hadisədə özü də aldanmışdır. Belə ki, oyun nəticəsində pul göndərilməsi üçün onun kartından istifadə etmiş və ona qazanılan məbləğin on faizinin onun olacağını bildirmişlər. Bir daha belə hallara yol verməyəcəkdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs izahatında göstərdi ki, instagram sosial şəbəkəsində Ədalət adlı şəxslə tanış olmuş, Ədalət ona kartına pul atsa iki qatını qazanacağını bildirmiş, o da həmin şəxsin kartına pul göndərmiş, lakin yanılmışdır. Göndərdiyi pulun qarşılığında ona kod verilir, ilk dəfə oynadığı zaman uduzmuş, ikinci dəfə də isə ona kod verilməmişdir. Aldadıldığını bilən zaman Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət etmiş, polis tərəfindən həmin şəxs müəyyən edilərək məhkəməyə gətirilmiş, məhkəmənin qarşısında ona dəymiş ziyanı ödəmiş, o da buna görə şikayətini geri çəkmişdir. Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 22 oktyabr 2024-cü il tarixli qərarla Şəxs, İlkin adlı şəxs və X5 özgənin əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Şəxs, ilkin adlı şəxs və X5 özgənin törətmiş olduğu xırda talama inzibati xətası ilə bağlı əməlində AR.İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan barəsində AR.İXM-nin 227-ci maddəsi ilə inzibati icraat işi açılmışdır. İş materiallarına əlavə olunmuş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2685/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2685/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver