Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2685/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, törədilməsi sübut olunmayan inzibati xəta haqqında əsassız və qanunsuz tərtib olunmuş EQ29051599 nömrəli protokolla (qərar) 80 manat və 2 cərimə balının silinməsi və ödədiyi 80 manat pulun ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus avtomobilə tərtib olunan qanunsuz və əsassız protokolun ləğv olunması barədə müraciət etmişdir. Onun müraciətinə baxandan sonra xx.xx.2025-ci il tarxli 3(060)-1806/2025 saylı qərar qəbul etmişdir. Qərarda obyektiv olaraq xx.xx.2025-ci il tarixli EQ29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Az.Res.DİN-nin Baş X7 İdarəsinə göndərilməsi barədə qərar vermişdir. Lakin ondan nə izahat alınmış nə də ki araşdırmada iştiraka dəvət etməmişlər. 45 gün ərzində dayanmadan mütamadi olaraq 102 xidmətinə zəng etsədə DİN-nin rəhbərliyinə müraciət etsədə ona heç bir rəsmi cavab vermədilər. Hal-hazırki dövrə kimi tərtib olunmuş protokolun surəti ünvanına göndərilməmişdir. Daha sonra qəbul etdiyi Qərarın surətini və yeni ərizə ilə Vilayət Eyvazova müraciət edəndən bir ay sonra yəni xx.xx.2025-ci il tarixdə ona əvvəl şablon tərtib olunmuş xx.xx.2025-ci il tarixli 16/1- 163851 nömrəli Qərarı ünvanına göndəriblər. Qanunverciliyin tələbinə əsasən DYP-si onun iştirakı ilə yeni protokol tərtib etməli idi. Lakin araşdırma aparmadan eyni nömrəli protokolu qüvvədə saxlayıb. Məhkəmə qərarını icra etmədikləri əyani sübutdu. Nəzərə çatdırır ki, avtomobili adına sənədləşdirərkən məcburi qaydada 80 manatı ödəmək məcburiyyətində qalmışdır. Lakin şikayətindən əl çəkmir. Pulunun qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin EQ29051599 nömrəli protokolla (qərar) 80 manat və 2 cərimə balının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 30-cu məhəllədə “Tam-Store” mağazasının qarşısında idarə etdiyi avtomobilini parklanma yerinə daxil etmişdir. O, avtomobili işlək vəziyyətdə saxlamış və özü də sükan arxasında əyləşmişdir. Bu zaman DYPŞ-nin əməkdaşı öz xidməti avotmobili ilə hərəkətdə olarkən uzaq məsafədən onun avtomobilinin yalnız arxa tərəfdən fotosunu çəkmiş və onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, həmin yolda “dayanma qadağandır” nişanı yoxdur. Adətən DYP əməkdaşı dayanma durma qayadalarını pozan sürücülərin idarə etdiyi avtomobilin şəklini çəkərkən öz xidməti avtomobilindən yerə düşməli və normal qaydada protokol tərtib edilməlidir. Lakin polis əməkdaşı onun sükan arxasında olmasına baxmayaraq avtomobilinin şəklin çəkmişdir. Ona görə də hesab edir ki, bu vəziyyətə onun barəsində cərimə tətbiq edilməməli idi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1806/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin olunaraq, Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29051599 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Baş Dövlət Yol İdarəsinin xx.xx.2025-ci il tarixli №16/1- 163851 nömrəli inzibatə xəta haqqında iş üzrə qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Hyundai” minik markalı 50EN721 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi (idarə edən) X4 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilərək inzibati cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi arqumentləri və bu səpkidə məhkəmə iclasında verdiyi izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X3 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzibolunmaz və şübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə X1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN Baş X7 İdarəsinin EQ29051599 nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2685/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2685/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver