Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2686/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 2, mənzil 37-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 11 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində saat 10:00 radələrində Sumqayıt şəhəri, M.Əsədov küçəsində YPX əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərtib etdiyi protokola uyğun izahat verərək və Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00-dan Bölmədə olduğunu bildirərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə o Elşad adlı ustaya zəng etmişdir. Həmin usta ona YPX əməkdaşının onu saxladığını bildirmişdir. Bu səbəbdən gecikdiyini söyləmişdir. O Elşada işlərinin dayandığını demişdir. Elşad isə hələ gələ bilmədiyini demişdir. O da taksiyə əyləşərək hadisə yerinə getmiş, orada polis əməkdaşlarına nə baş verdiyini soruşduqda onlar ona “sənlik deyil” dedikdə onlara “mənim işim dayanıb” demişdir. Sonra o “qaziyəm, xahiş edirəm mənə hörmət edin” deyəndə polis ona “mənə qazi lazım deyil” demiş və sinəsindən itələmişdir. Onu təhqir etmiş, əl-qol atıb paltarını cırmışdır. Daha sonra PPX əməkdaşalrı hadisə yerinə gəlmiş, onu və işçisi Vüsalı polis bölməsinə gətirmişlər. Polis bölməsində o saat 09:30 radələrindən məhkəməyə gələnədək tutulub saxlanmışdır. Ailəlidir, İİ Qarabağ müharibəsi qazisidir, medalları var, Şuşanın azad olunmasında, başqa döyqşlərdə iştirak etmişdir, 2 azyaşlı uşağı vardır, etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Sumqayıt şəhər DYPŞdə xidmət edir, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:36 radələrində polis leytenantı Malıyev Ramin kömək məqsədilə Kamal Axundov küçəsinə çağırmışdır. Bu zaman tanımadıqları bir şəxs tərəfindən nalayiq ifadələr işlədilirdi. Bu zaman həmin şəxsi nizamintizama dəvət etsələr də həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq nizamintizama gəlməmiş, ərazidə xidmət aparan post patrul xidmətini dəvət etmişlər və həmin şəxsləri 1-ci polis bölməsinə dəvət etmişlər. Lakin həmin şəxs nizam-intizama gəlməmiş və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Bölmədə həmin şəxsin xx.xx.1987-ci il təvəllüdlü Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan DYPŞ-nin YPX baş inspektoru, polis leytenantı Ramil Malıyevin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində K.Axundov küçəsində Volksvagen markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü istismar qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü spirtli içki içərək avtomaşını idarə edirdi. Sürücü alkotestrlə yoxlanılmış və izahatı alınmışdır. Nəqliyyat vasitəsini duracağa təmin edən zaman Priora markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sürücü və sərnişin yaxınlaşaraq xidməti fəaliyyətlərinə müdaxilə edərək polisin qanuni tələblərinə riayət etməyərək nalayiq küçə söyüşlərindən istifadə etmişdirlər. Efir vasitəsilə PPX-ni köməyə çağırmışdır. Bu zaman 291 çağırışlı YPX-nin əməkdaşları yaxınlıqda olduqları üçün yaxınlaşmışlar. Həmin vətəndaşlar köməyə gələn əməkdaşı da nalayiq söyüşlər söyərək təhqir edirdilər. İş materiallarında olan Xəstəlik haqqında 11569 saylı şəhadətnamədən görünür ki, Şəxs aşağıdakı xəsarətlər aşkar olunmuşdur: mülayim dərəcədə ifadə olunmuş postkommosion pozuntu, mülayim dərəcədə ifadə olunmuş depressiya epizodu somatizə olunmuş əlamətlərlə, kəllədaxili hipertenziya və vegetativ damar paroksizmlər ilə təzahür edən ensefalopatiya, soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda eşitməməsi, sol qulaqda 1 metr məsafədən eşitməsi ilə. İş materiallarında olan sənədlərdən görünür ki, Şəxs müharibə veteranıdır, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir, məsuliyyətini yüngülləşdirən hallar əməlindən peşman olması, müharibə veteranı olması, 44 günlük Vətən Muharibəsində iştirak etməyə görə “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsi, 3-cü qrup əlil olması, himayəsində iki uşağı olmasıdir. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, xüsusən də 44 günlük Vətən Muharibəsindəki fəal iştirakını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarından görünür ki, hadisə xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində baş vermiş, Şəxs həmin vaxtdan protokol tərtib etmək üçün Polis Bölməsinə aparılmış, hüquqları həmin vaxtdan saat 16:00 radələrinədək, yəni iş məhkəməyə gətirilənədək məhdudlaşdırılmışdır. Şəxs barəsində tutma protokolu tərtib edilməsə də məhkəmə bunu tutma kimi qiymətləndirir. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs xx.xx.2021-ci il tarixdə, saat 09:30-dan saat 16:00-da məhkəməyə gətirilənədək tutulduğu müddət nəzərə alınsın və 200 (iki yüz) manat cərimə tənbehi ödənilmiş hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2686/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2686/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver