Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2686/2025 21.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rəhim Piriyevin, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şəxs, Müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Stansiya Sumqayıt, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* və ******* saylı protokollar Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da və xx.xx.2025-ci il tarixdə, saat 19:30-da Şəxs Sumqayıt şəhər, Stansiya Sumqayıt ərazisində küçədə sərxoş halda Zərərçəkmiş şəxs ünvanına söyüş söyüb, təhqir edərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rəhim Piriyev oğlu bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:00-da evdə və Sumqayıt şəhər, Stansiya Sumqayıt ərazisində küçədə sərxoş halda Zərərçəkmiş şəxs ünvanına söyüş söyüb, təhqir etmiş, bu faktı təsdiq edən videogörüntülər iş materiallarına əlavə edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə, saat 19:30-da Şəxs Sumqayıt şəhər, Stansiya Sumqayıt ərazisində küçədə sərxoş halda Zərərçəkmiş şəxs ünvanına söyüş söyüb, təhqir edərək ictimai qaydanı pozmuşdur. Qeyd edir ki, Şəxs sərxoş halda olması müayinə protokolu ilə təsdiq olunur. Protokolları müdafiə edir və Şəxs barəsində inzibati qaydada həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə eyni evin həyətində yaşayır. İlhamə onun qızına təhqir edir və nəticə də o da dözməyərək sonuncuya cavab verir. O, işdən gəldikdən sonra öz otağına gedir və İlhamə ilə heç bir işi olmur. Dünən İlhamə onun qızını təhqir etmişdir. xx.xx.2025-ci il tarixdə baş verənləri xatırlamır. Onlar arasında olan münaqişəni kənar şəxslər görməmişdir. Məhkəmədən bildirdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Hilal Kərimov hər zaman içkili vəziyyətdə evə gəlib münaqişə yaradır və onu təhqir edir. Hər iki epizod üzrə Hilal onu qonşuların, camaatın yanında söyüb təhqir etmişdir. Onu başqa kişilərlə gəzdiyini bildirir. Baş verənləri təsdiq edən videogörünrülər mövcuddur. Hadisə zamanı orada olan Səkinə və Elxan adlı qonşular onları ayırmağa çalışmışlar. Hilal sərxoş halda özünü idarə edə bilmir və sözügedən hadisə baş verir. Şəxs barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan videogörüntülər və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/2397 saylı “Sərxoşluq hallarınını bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş diskdəki videogörüntülərdən görünür ki, Şəxs küçədə sərxoş halda nalayiq ifadələr işlədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-5-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinndə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinndə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1 və 34.4-cü maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh tədbiri toplanmaqla Şəxs ümumilikdə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq, 150 (yüz əlli) manat məbləğində tənbehi saxlanılsın. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qasımova Vüsalə
Məhkəmə qərarları › İş №3(060)-2686/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2686/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver