Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2687/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Dəyəqarabulaq ərazi dairəsi, Dəyəqarabulaq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 18-ci məhəllə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 11 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, M.Əsədov küçəsində 10:00 radələrində YPX-nə tabesizlik göstərməsi müəyyən edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X7 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə iş yoldaşı Elşadın avtomobili ilə işə gedərkən YPX-nin əməkdaşları onları saxlamış, Elşad avtomobildən endikdən sonra o da avtomobildən enərək kənarda Elşadı gözləmişdir. Daha sonra Faiq adlı iş yoldaşı qeyd olunan yerə gəldikdən bir qədər sonra Faiq və polis əməkdaşının arasında mübahisə yaranmışdır. Polis əməkdaşı Faiqə qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşları onları avtopatrula əyləşdirərək ərazi üzrə PB-nə gətirmişlər. Halbu ki, o səbəbsiz yerə PB-nə aparılmışdır. Qeyd olunanlara əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru, polis serjantı X4 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Kamal Axundov küçəsində xidmətdə olan zaman adını sonradan bildiyi Elşad adlı şəxs qayda pozması səbəbindən idarə etdiyi avtomobil saxlanmışdır. Bir qədər sonra Faiq adlı şəxs qeyd olunan yerə gəldikdən bir qədər sonra onunla aralarında mübahisə yaranmışdır. Daha sonra o efir vasitəsi ilə hadisə yerinə PPX-nin əməkdaşlarını çağırmışdır. Vətəndaş Şəxs kənarda dayanmışdır. Lakin Faiq adlı şəxs nizam iltizama dəvət olunsa da o öz əməlinə davam etmişdir. Hadisə yerinə gələn PPX-nin əməkdaşları onları ərazi üzrə PB-nə aparmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokol tərtib etmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində 11 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Şəxs əməlində polisin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. İşin faktiki halları məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2687/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2687/2022
11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver