Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2690/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, «Sumqayıt Sənaye İstehsal” ASC-nin baş direktoru X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi «Sumqayıt Sənaye İstehsal” ASC (VÖEN **********) barəsində 27.07.2021-ci il tarixli, MN № ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «Sumqayıt Sənaye İstehsal” ASC barəsində 27.07.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs «Sumqayıt Sənaye İstehsal” ASC-yə məxsus bərk istehsalat tullantıları poliqonunda tullantıların qalaxlanması və yanması zamanı X3 tələblərinə əməl edilməmişdir. Məhkəmə iclasında «Sumqayıt Sənaye İstehsal” ASC-nin baş direktoru X4 göstərdi ki, müəssisəyə məxsus bərk məişət tullantıları poliqonunda yanğın hadisəsinin baş verməsi və qara tüstünün ətraf mühitə yayılmasına səbəb qonşu ərazidə yerləşən Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus poliqonda baş vermiş yanğın olmuş, onlar tərəfindən hər hansı yanğın törədilməmişdir, tullantılar yandırılmamışdır. Baş vermiş yanğın barədə məlumat aldıqdan sonra onlar tərəfindən yanğının qarşısının alınması üçün tədbir görülmüşdür. Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus poliqonda baş vermiş yanğının səbəbi isə güclü küləyin əsməsi olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları da bunu bilmiş, oradan qayıdarkən «Sumqayıt Sənaye İstehsal” ASC-nin poliqonuna dönərək qərəzli şəkildə protokol tərtib etmişlər. Əvvəllər də həmin idarə tərəfindən onlara qarşı qərəzli yanaşmaya yol verilmişdir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərdi ki, atmosferin və X3 qaydalarına əməl olunması vəziyyəti ilə bağlı monitorinq işləri apararkən “Bakı-Quba yolunun” 30-cu km-də yolun sol tərəfində «Sumqayıt Sənaye İstehsal” ASC-yə məxsus bərk məişət tullantıları poliqonunda yanğın hadisəsi və qara tüstünün ətraf mühitə yayılması müşahidə olunmuş, araşdırma zamanı məlum olmuşdur ki, 2007-ci ildə müəssisədə istehsal prosesində əmələ gələn tullantıları utilizasiya etmək məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən «Sumqayıt Sənaye İstehsal” ASC-yə 14 ha torpaq sahəsi ayrılmış, lakin müəssisə həmin ərazini tam çəpərləməmiş və mühafizəsini tam təmin etməmişdir. Yanğının baş vermə səbəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 saylı Qərarının 7-ci maddəsinə müəssisə tərəfindən əməl olunmaması, eyni zamanda, “İstehsalat və Məişət Tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.10 və 12.1-ci və “X3 haqqında” Qanunun 47-ci maddəsinin tələblərinin müəssisə tərəfindən pozulmasıdır. İş materiallarında olan 27.07.2021-ci il tarixli aktdan və fotoşəkillərdən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən atmosferin və X3 qaydalarına əməl olunması vəziyyəti ilə bağlı monitorinq işləri aparılarkən “Bakı-Quba yolunun” 30-cu km-də yolun sol tərəfində «Sumqayıt Sənaye İstehsal” ASC-yə məxsus bərk məişət tullantıları poliqonunda yanğın hadisəsi və qara tüstünün ətraf mühitə yayılması müşahidə olunmuşdur. Məlum olmuşdur ki, 2007-ci ildə müəssisədə istehsal prosesində əmələ gələn tullantıları utilizasiya etmək məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən «Sumqayıt Sənaye İstehsal” ASC-yə 14 ha torpaq sahəsi ayrılmış, lakin müəssisə həmin ərazini tam çəpərləməmiş və mühafizə tam təmin olunmamışdır. Yanğının baş vermə səbəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 saylı Qərarının 7-ci maddəsinə müəssisə tərəfindən əməl olunmaması, eyni zamanda, “İstehsalat və Məişət Tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.10 və 12.1-ci və “X3 haqqında” Qanunun 47-ci maddəsinin tələblərinin müəssisə tərəfindən pozulmasıdır. Protokola əlavə edilmiş fotoşəkillərdən də görünür ki, hüquqi şəxs «Sumqayıt Sənaye İstehsal” ASC-yə məxsus bərk istehsalat tullantıları poliqonunda tullantılar qalaxlanmış və yandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, «Sumqayıt Sənaye İstehsal” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də «Sumqayıt Sənaye İstehsal” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X3 tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş «Sumqayıt Sənaye İstehsal” ASC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs «Sumqayıt Sənaye İstehsal” ASC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2690/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2690/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver