Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2693/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarından X1 verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci, 332.1-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. X2 həmin qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə iclasında X2 bildirdi ki, o Qazax rayonu Aslanbəyli kəndində qeydiyyatda olsa da, Sumqayıt şəhərində yaşayır. Lakin, bunu təsdiq edən hər hansı sənəd yoxdur. O, yol polisi əməkdaşı tərəfindən Bakı şəhərinin Nizami rayonu ərazisində saxlanılmışdır. İşə Sumqayıt Şəhər Məhkəməsində və ya Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması onun üçün daha əlverişlidir. Qeyd edilənlərə əsasən Fariz Əhmədov şikayətin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhəri Nizami Rayonu ərazisində baş verdiyini, şikayətə Qazax Rayon Məhkəməsində baxılması barədə əsaslandırılmış vəsatət verilmədiyini, məhkəmə iclasında isə şikayət verənin işə Sumqayıt şəhər məhkəməsində baxılmasını yalnız Sumqayıt şəhərində yaşaması ilə izah edərək bununla bağlı sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə dair 3(060)- 2693/2023 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2693/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2693/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver