Məhkəmə qərarları › İş №3(060)-2693/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2693/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2693/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi əsasən tərtib edilmiş protokola Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə İnzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2024cü il tarixli protokol tərtib olunmuşdur. Protokolda göstərilənlərə əsasən, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri, Nizami parkında Zərərçəkmiş şəxs ucadan nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuş, bununla da, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Cəlil Rəhimli tərtib etdiyi protokola uyğun izahat verərək Zərərçəkmiş şəxs ilə Şəxs arasında əvvəllər mülki məsələ ilə əlaqədar mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən Şəxs Zərərçəkmiş şəxs zəng edərək nalayiq ifadələr işlətmiş nəticədə Zərərçəkmiş şəxs ərizə ilə PB-nə müraciət etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs mobil telefonla zəng edərək ona nalayiq ifadələr işlətmişdir. Belə ki, o, Sumqayıt şəhəri ərazisində Ülviyə məxsus obyekti icarəyə götürmüş, bir müddət işləsə də, sonradan obyektin icarəsini ödəyə bilməmiş nəticədə Ülvi ilə aralarında soyuqluq yaranmışdır. Bir sıra problemlərdən doğan narahatlıqlar səbəbindən o, protokolda qeyd oluduğu kimi iki dəfə müxtəlif vaxtlarda Ülvinin istifadəsində olan mobil nömrəyə zəng edərək onu təhqir etmişdir. Həmin vaxt yanında kimsə olmamış, lakin Ülvinin yanında kimin olmasından məlumatı olmamışdır. Qeyd edir ki, uzun müddətdir ki, Azərbaycanda respublikasında yaşayaraq işləyir, ziyana düşdüyündən maddi imkanı aşağı düşmüş, nəticədə əsəbilik yaranmışdır. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri, Nizami parkında olarkən tanıdığı Mehmet adlı şəxs ona zəng vuraraq ünvanına nalayiq ifadələr işlətmiş, hətta onu sözlə hədə qorxu gəlmişdir. Həmin vaxt onun yanında dostu Abdulla olmuşdur. Bu hadisədən bir müddət əvvəl də o evdə olarkən Mehmet ona zəng edərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Ona görə də, hadisə barədə 102 Xidmətinə zəng edərək məlumat vermiş və 4-cü PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Baş vermiş hadisə barədə 4-cü PB-nin məsul növbətçisi, polis mayoru M.Hüseynov 4-cü PB-nin rəisinə “Raport”-la müraciət etmişdir. Zərərçəkmiş şəxs baş vermiş hadisənin araşdırılması üçün 1610.2024-cü il tarixdə 4-cü PB-nin rəisinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmin tarixdə izahat vermişdir. Şəxs hadisə barədə xx.xx.2024-cü il tarixdə izahatı alınmış, izahatında hadisəni törətdiyini bir daha etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərəçəkmiş şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:50 radələrində Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək ictimai qaydanı pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 4-cü PB-nin polis sahə rəisi Cəlil Rəhimli ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli bilinməsi üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, şəxsin əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar