Məhkəmə qərarları › İş №3(060)-2694/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2694/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2694/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, № 12000/5258 saylı qərarından verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, № 12000/5258 saylı qərarından şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Fiziki şəxs X2 şikayətini onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi ona özünün 15 iyul 2021-ci il tarixli 1800-013/001-26/001267 saylı məktubla, 15 iyul 2021-ci il tarixli 12000-5246/21 saylı protokol üzrə inzibati xəta haqqında işə baxılmasının 27 iyul 2021-ci il tarixə saat 10:00-a təyin edilməsi barədə məktub və qərardad onun ünvanına 27 iyul 2021-ci il tarixdə saat 09:29-da rəsmi qaydada çatdırılmışdır. Məktub onun ünvanına gec çatdırıldığından fiziki şəxsin inzibati xəta üzrə icraatda iştirak etməsi və sübutların təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən onun barəsində İXM-nin 483-cü maddəsi ilə inzibati xəta barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati xəta barədə 12000/5258/21 saylı, 27 iyul 2021-ci il tarixli qərar 04 avqust 2021-ci il tarixdə onun ünvanına rəsmi qaydada daxil olmuşdur. İnzibati orqan tərəfindən protokol üzrə inzibati xətaya dair işə baxılması üçün gönərilmiş bildiriş ona gec göndərildiyindən qərarın həmin gün qəbul edilməsi qərəzlidir, qanunsuzdur və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi və X2 müvafiq olaraq gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin 27 iyul 2021-ci il tarixli 12000/5258 saylı qərarından görünür ki, vəzifəli şəxs X2 (VÖEN **********) qeyd olunan 4.345.099,34 ABŞ dolları (7.386.668,878 manat) məbləğində valyuta vəsaitlərini 180 gündən artıq müddətdə xaricdən qaytarmadığı üçün Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 10.000 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət rədd edilməlidir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, № 12000/5258 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərarların ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 27 iyul 2021-ci il tarixli, № 12000/5258 saylı inzibati tənbeh vermə haqqında qərarlarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar