Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2694/2023 14.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şamilli Elgün İsrafil oğlunun, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, Sumqayit şəhəri, 6-ci mikrorayon, ev 27, mənzil 65 yaşayan Şamilli Elgün İsrafil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şamilli Elgün İsrafil oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-in) 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində, Niyazi küçəsində səs-küy salmış, PPX-nin əməkdaşı nizam-intizama dəvət etsə də, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şamilli Elgün İsrafil oğlu barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 14 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şamilli Elgün İsrafil oğlu bildirdi ki, xx.xx.2023-cü il tarixində gecə saatlarında özündən başqa 4 nəfər dostu ilə gecə saatlarında evə gedərkən yolda avtomobildə problem olduğu üçün avtomobildən yerə enmişlər. Bu vaxt iki polis əməkdaşı onlara yaxınlaşmış və o, əvvəllər polis əməkdaşı olduğu üçün onu tanıyaraq onlardan uzaqlaşan vaxt pos-patrul maşınında taqım rəisi onlara yaxınlaşaraq əməkdaşlara adlarını portalda yoxlamasını və onları polis bölməsinə aparmasını bildirib. Bu vaxt o, “mən keçmiş polis əməkdaşıyam, məni tanımırsız?” demişdir. Bununla bağlı polis əməkdaşları ilə bağlı aralarında mübahisə yaranmış və polislər onu avtomobilə mindirərək polis bölməsinə aparmışlar. Qeyd edilənlərə əsasən Şəxs inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Müdadiəçi Vəkil protokola etiraz edərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sumqayıt şəhər Polis İdarəsi Post-patrul xidməti taborunun polis nəfəri, polis kiçik serjantı Elşadlı kənan Faiq oğlu ifadəsində qeyd etdi ki, xx.xx.2023-cü il tarixində gecə saatlarında xidmət apararkən bir neçə nəfərin bir yerə yığışdığını görmüş və taqım rəisi ilə birlikdə onlara yaxınlaşmışlar. Həmin şəxslərə adlarının portalda yoxlanması təklif edilmiş, digər şəxslər buna etiraz etməmiş, yalnız Şəxs adının yoxlanmasına etiraz etmiş və mübahisə etməyə başlamışdır. Bununla da o, polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Şəxs adının yoxlanmasına etiraz etməsəydi, onun bölməyə aparılmasına ehtiyac olmazdı. Lakin, mübahisə etdiyi və tələbə tabe olmadığı üçün onlar tərəfindən avtomobilə mindirilərək bölməyə aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şamilli Elgün İsrafil oğlunun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şamilli Elgün İsrafil oğlu xx.xx.2023-cü il tarixdə, saat 02:30-da inzibati qaydada tutulmuş, eyni tarixdə azad edilmişdir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda Şəxs inzibati qaydada tutulduğu müddət inzibati tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 7 gün inzibati həbs saxlanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inziabti qaydada tutulduğu müddət həmin müddətdən çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) gün inzibati həbs saxlansın. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2694/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2694/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver