Məhkəmə qərarları › İş №3(060)-2697/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2697/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2697/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 Nərimanov Rayon Polis İdarəsi 17-ci PB-nin xx.xx.2021-ci il tarixli EPQ1167431 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X1 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci PB-nin xx.xx.2021-ci il tarixli EPQ1167431 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə qərardan şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2021-ci il tarixli EXP1180048 nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli EPQ1167431 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəridir və qərarda X1 Nərimanov Rayon Polis İdarəsi 17-ci PB-nin sahə rəisi X2 tərəfindən cərimə olunması qeyd olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, X1 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci PB-nin xx.xx.2021-ci il tarixli EPQ1167431 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci PB-nin xx.xx.2021-ci il tarixli EPQ1167431 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar