Məhkəmə qərarları › İş №3(060)-2700/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2700/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2700/2023 15.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt şəhər Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 529.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru – X1 tərəfindən 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs 4374,67 manat, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən 2839,62 manat, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən 587,50 manat, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 6090 manat tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq boyun qaçırmışdır. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs AR İXM-nin 206-cı maddəsi ilə 300 manat cərimə edilmişdir. Lakin qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gündən artıq müddət keçməsinə baxmayaraq qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* və İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2699/2023 və 3(060)-2700/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-2699/2023 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* və İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2699/2023 və 3(060)-2700/2023 nömrəli işlər bir icraatda, yəni 3(060)-2699/2023 nömrəsi ilə birləşdirilsin. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar