Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2700/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli 16/1- 180197 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, AR DİN BDYİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 03.010.2025-ci il tarixli № 16/1-180197 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə AR DİN BDYPİ-nin X2 tərəfindən, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla AR İXM-nin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat cərimə edilmişdir. Belə ki, etibarnamə əsasında “ Man TGXi" 18.440 yük” markalı 77SV973 nömrə nişanlı avtomaşını idarə edir. xx.xx.2025-ci ildə həmin avtomaşınla Bakı-Quba yolu ilə Xızı rayonu Giləzi kəndi ərazisindən Bakı istiqamətinə hərəkət edərkən “Elektron tərəzi “ vasitəsilə guya normadan yük apardığı məlum olmuşdur. Nəzərə çatdırır ki, etibarnamə ilə idarə etdiyi göstərilən avtomaşının qanunla müəyyən edilmiş yük tutumu 40 tondur. 40 ton 300 kq yük götürülməsinə icazə verilir. Guya aşkarlanan qayda pozuntusuna görə o, avtomaşına normadan artıq , yəni 42 ton yük vurmuşdur. O, onlara yükün xx.xx.2025-ci ildə saat 06-03 radələrində tərəzidə çəkilməsi barədə (40 ton 120kq.) arayışı təqdim edilmişdir. Elə həmin günü saat 14:12 –də yük yenidən tərəzi ilə çəkiləndə bu rəqəm 40 ton 1240 kq olmuşdur. Eyni zamanda nə inzibati xəta haqqında protokolda, nə də inzibati tənbeh vermə haqqında qərarda nə qədər artıq yük daşımağı göstərilməmiş, ümumi sözlərlə kifayətlənmişlər. Ölçmə vasitəsinin, yəni tərəzinin yoxlanılması haqqında şəhadətnamə ona təqdim edilməmişdir. Nəzarət ölçü cihazları, o cümlədən yükün ağırlığını ölçən tərəzilər ölçmələrin vəhdətinin təmin edilməsi məqsədilə hər il dövlət standartlarına uyğunluğu barədə yoxlamadan keçirilərək müvafiq sertikart alınmalıdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən tərəzinin göstəriciləri və onun müayinədən keçməsi barədə sertifikatlar ona təqdim olunmalı idi. Ona görə də o, inzibati xəta haqqında protokolla və onun əsasında qəbul edilmiş inzibat tənbeh vermə haqqında qərarla razılaşmamışdır. İnzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli İŞ № 3(060)- 1734/2025 saylı qərarı ilə EQ-29007214 saylı qərar ləğv edilərək yenidən araşdırılması üçün AR DİN-nin BDYPİ-nə göndərilmişdir. AR DİN-nin BDYPİ-də heç bir araşdırma aparılmadan EQ-29007214 saylı qərarın və onun 1200 manat cərimə olunmağı barədə qərar qüvvəsində saxlanılmışdır. Burdan belə nəticəyə gəlmək olur ki, AR DİN-nin BDYPİ-də qərar qəbul edilərkən məhkəmə tərəfindən qəbul edilmiş qərar nəzərə alınmamışdır. AR DİN BDYPİ tərəfindən yeni qərar qəbul edilmiş qərarı o, xx.xx.2025-ci ildə rəsmi-olaraq almışdır. Həmin qərarla razılaşmadığı üçün yenidən məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən zaman X4 şikayətinin mahiyyətinə uyğun çıxış edərək Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli EQ 30343759 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X7i İdarəsinin nümayəndəsi və şikayət verən şəxs məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materillarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 1734/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 şikayəti qismən təmin edilərək, Baş X7i İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 29007214 saylı qərar ləğv edilərək yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Baş X7i İdarəsinin İnzibati xəta haqqında iş üzrə xx.xx.2025ci il tarixli №16/1-180197 saylı qərardan görünür ki, İnzibati xəta haqqında işə yenidən baxılan zaman F.Muxtarov tərəfindən Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində təkrar törətməsi aşkar edildiyi üçün vətəndaş X1 barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 03 iyul 2025-ci il tarixdə idarə etdiyi «Man TGX 18.440 yük» markalı, ** SV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli 16/1-180197 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli 16/1-180197 saylı inzibati qərarının ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2700/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2700/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver