Məhkəmə qərarları › İş №3(060)-2702/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2702/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2702/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 00800-00875/24 saylı inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən (bundan sonra AR DGK HNBGİ ) "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Protokola görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3100/021/022580 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, Sumqayıt səhəri. H.Z.Tağıvev qəsəbəsi Texno park sahəsi ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024cü il tarixli **********2547 və xx.xx.2024-cü il tarixli **********5369 sorğu nömrəli gömrük bəyannaməsi üzrə alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 5427.39 (beş min dörd yüz iyirmi yeddi dollar, otuz doqquz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmiş, nəticədə şirkət tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Elçin Abdullayev izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixli **********2547 və xx.xx.2024-cü il tarixli **********5369 sorğu nömrəli gömrük bəyannamələri üzrə 5427.39( beş min dörd yüz iyirmi yeddi dollar, otuz doqquz sent) ABŞ dolları dəyərində mallar hüquqi şəxs tərərfindən Sinqapur Respublikasında fəaliyyət göstərən şirkətin ünvanına göndərilmiş, şirkətlər arasında müqavilə bağlanmışdır. Həmin müqavilələr bəyannamələrə əlavə olunmuşdur. Sənədlərdən görünür ki, qeyd edilən məbləğlərdəki mallar konsiqinasiya yolu ilə Sinqapur Respublikasındakı qeyd olunan şirkətin ünvanına göndərilmişdir. Bu cü ixrac spesifik ixrac hesab olunur. Bəyannamə buraxılışı həyata keçiriləndən 180 gün sonra malların məbləğinin umumi dəyəri köçürmə yolu ilə Azərbaycan Respublikasında müvəkkil edilmiş bank hesabına köçürülməlidir. Bunu təmin edən şəxs hüquqi şəxsdir. Lakin hüquqi şəxs tərəfindən heç bir tədbir görülməmişdir. Elçin Abdullayev eyni zamanda bildirmişdir ki, ödənişin qaytarılmamasının üzürlü səbəbləri ilə bağlı hər hansı müraciət gömrük orqanına daxil olmamışdır. X1 İnformasiya Sisteminə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, hüquqi şəxs tərəfindən qeyd olunan məbləğin ödənişi hələ də həyata keçirilməmişdir. Məhkəmə iclasında Elçin Abdullayev ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, həm xx.xx.2024-cü il tarixli, həm də xx.xx.2024-cü il tarixli Gömrük Bəyənnamələrində ixrac edilmiş mallara görə köçürülməli olan məbləğlər göstərilmişdir. Belə ki, cəmi məbləğ 5427.39 ABŞ dolları təşkil edir. Cərimə məbləği də məhz həmin məbləğdən hesablanmalıdır. Odur ki, hüquqi şəxsin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtob edilmiş Şəxs MMC-nin nümayəndəsi Şamxal Rzayev 06 noyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: İş materiallarına əlavə edilmiş X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “STP GLOBAL CABLE MMC“ tərəfindən ixrac olunan malların müqabilində xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülmədiyi məlum olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunmuş, reyestrdən son dəfə verilmiş çıxarış tarixi xx.xx.2024-cü il tarixli arayışa görə Tamerlan Kurkiev “STP GLOBAL CABLE MMC“ in qanuni təmsilçisidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bu səbəbdən müəssisə həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 15.1-ci maddəsinə əsasən şəxslər bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qavdaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. İXM-nin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən eyni zamanda inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 1628,21 (bir min altı yüz iyirmi səkkiz ABŞ dolları iyirmi bir sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş valyuta məzənnəsi nəzərə alınmaqla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar