Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2705/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Etibar Sarıyevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs– Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR-nın Şərur rayonu Dəmirçi kəndində qeydiyyatda olan və Sumqayıt şəhər Beton zavod ərazisi fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs Sumqayıt şəhər Beton zavod ərazisində döyərək bədən xəsarətləri yetirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Etibar Sarıyev protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, 21:00 radələrində yaşadığı evin həyətində olarkən qonşusu Kəmalə gözünün qarşısında onu xx.xx.2018-ci il təvəllüdlü oğlu X1 sillə vurmuşdur. O Kəmaləyə öz iradını bildirdikdə Kəmalə onun ardınca nalayiq ifadələr işlətmiş və aralarında mübahisə başlamışdır. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, iş üzrə icraata xitam veriməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində qonşuluqda yaşayan Əfsanə Allahveriyeva aralarında baş vermiş mübahisə zəmnində onu döyərək xəsarət yetirmişdir. Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər barışmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2705/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2705/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver