Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2706/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barisndə inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi Dövlət X4 tərtib etdiyi "xxxx" MMC barəsində 05.07.2021-ci il tarixli, AP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi X5 Şöbəsi tərəfindən "xxxx" MMC barəsində 05.07.2021-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, hüquqi şəxs "xxxx" MMC-nin mülkiyyətində və ya fiziki şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili X2 bildirdi ki, təmsil etdiyi hüquqi şəxs heç bir qayda pozuntusuna yol verməmişdir. Sübut olunmamışdır ki, hansı xəta törədilmişdir. Törədilmiş inzibati xəta barədə və “Mercedes Benz E220 CDİ minik” markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin həmin vaxt orada olmasını təsdiq edən sübut toplanmamış, bu barədə protokol tərtib edilməmişdir. Yalnız bundan sonra hüquqi şəxs sürücü barədə məlumat verə bilərdi. DYPŞ-nin məktubunun "xxxx" MMC-yə daxil olması və məktubda göstərilənlər inzibati xəta törədilməsini təsdiq etmir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin "xxxx" MMC-yə məktubunda göstərilir ki, "xxxx" MMC-yə məxsus “Mercedes Benz E220 CDİ minik” markalı, **-AA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 22.05.2021-ci il tarixdə, saat 10:59-da Azpetrol YDM ilə zavodun arası şəhər istiqamətində nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirməməklə idarə etmişdir. Bu xətaya görə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı həmin avtomobili idarə etmiş fiziki şəxs barəsində məlumat istənilmişdir. İş materiallarında olan poçt sənədlərindən görünür ki, "xxxx" MMC tərəfindən Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin məktubu 21.06.2021-ci ildə alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. "xxxx" MMC tərəfindən inzibati xəta törədilən vaxt avtomobili idarə etmiş fiziki şəxs barəsində 5 gün müddətində məlumat verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2706/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2706/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver