Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2708/2023 16.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ X12 Şöbəsinin YNH inspektoru, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1961-ci ildə, ünvan 1i ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları, ev 296 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi “Ford Transit” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dəmiryolu vağzalı istiqamətində “Okean” şadlıq evinin yaxınlığında piyadanı vurmuş, araşdırma məqsədi ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin tibbi müayinədən imtina etmişdir. Sumqayıt ŞPİ-nin X10 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin X10 Şöbəsinin YNH inspektoru, polis kapitanı X4 tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də sürücü işləyir və ona təhkim olunmuş **-AF-*** dövlət qeydiyyat nişanlı «Ford Transit» markalı yük avtomobilini idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində idarə etdiyi həmin yük avtomobili ilə Sumqayıt şəhəri Çekassi küçəsi ilə dairə istiqamətində təxminən 20-25 km/saat sürətlə yolun orta hərəkət zolağı ilə hərəkətdə olduğu zaman, anidən qarşıda olan piyada zolağının üzəri ilə yolun sağ kənar hissəsindən digər tərəfinə keçmək istəyən piyadanı avtomobilin sağ yan güzgüsü ilə vurmuşdur. Həmin vaxt zərbənin təsirindən piyada yerə yıxılmış, o, dərhal maşını tam saxlayıb həmin şəxsə yaxınlaşmış, sonuncuya yardım göstərməyə çalışmış və və tibbi yardıma ehtiyacının olubolmadığını soruşmuşdur. Həmin şəxsin ciddi xəsarət almadığını öyrənmiş və sonuncunun həkimə ehtiyacının olmadığını bildikdən sonra yenidən avtomobili idarə etməklə həmin ərazini tərk etmişdir. Bundan bir neçə saat sonra polisdən ona zəng olunmuş və baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nə çağrılmışdır. Lakin həmin vaxt işləri ilə əlaqədar olaraq Polis idarəsinə gedə bilməmişdir. O, 22 oktyabr 2023-cü il tarixdə idarəyə getmiş, idarədə təhqiqatçı tərəfindən izahatı alındıqdan sonra sərxoşluq vəziyətinin yoxlanılması ilə əlaqədar tibbi müayinəyə aparılmışdır. Narkoloji mərkəzdə o, ilk öncə alkotester vasitəsi ilə müayinədən keçmiş, onda sərxoşluq vəziyəti aşkar olunmamışdır. Bundan sonra həkim narkoloq tərəfindən sidik nümunəsi verməsi üçün ona ağ rəngli plastik qab təqdim edilmiş, 10-15 dəqiqədən sonra geri qayıdaraq nümunə verə bilməyəcəyini söyləmişdir. Təhqiqatçı tərəfindən ona dükandan su alıb içməsi və bir daha cəhd etməsi təklif edilmiş, o deyilən qaydada su alaraq içmiş, yenidən nümunə verməyə cəhd etməsə də bildirdiyinə görə hətta yarım saatdan çox vaxt keçsə də bu onda alınmamışdır. Bildirir ki, əvvəllər narkotik vasitə istifadə etsdə də, son bir neçə ildir ki, istifadə etmir. Əməlindən peşmandır, təqsirini etiraf edir, məhkəmə tərəfindən inzibati xətanın törədilməsində təqsirli bilinirsə yalnız cərimə edilməsini, sürücülük hüququnun məhdudlaşdırılmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:05-də Sumqayıt şəhəri TTYX-dan daxil olmuş məlumata əsasən Sumqayıt şəhəri Dəmiryolu istiqamətində yerləşən «Okean» şadlıq evinin yaxınlığında minik avtomobilinin piyadanı vurması nəticəsində 1995-ci il təvəllüdlü X5 xəsarət alaraq tibb müəssisəsinə müraciət etmiş, daxil olmuş məlumat raport əsasında Sumqayıt ŞPİ-nin «Törədilmiş və ya Hazırlanan cinayətlər barədə məlumatlann qeydiyyatı kitabında 1NK/1463 saylı qeydiyyata alınaraq araşdırılması üçün icraatına qəbul edilmişdir. Faktla bağlı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol, hadisə yerinin sxemi və fotoşəkillər materialla əlavə edilmişdir. Baxış zamanı hadisə yerində nəqliyyat vasitəsinə aid şinlərin izləri va tormoz izi aşkar edilməmiş, hadisə yeri Sumqayıt şəhəri Çerkassi küçəsində yerləşən avtomobillərin hərəkət yolunun dairə istiqamətində olan hərəkət zolağında alınmışdır. Baxış həmin istiqamət üzrə keçirilmişdir. Baxış zamanı hadisə yerində qan və qanabənzər ləkələr, eləcə də təhqiqata maraq doğuran digər izlər aşkar edilməmişdir. Baxış zamanı hadisə yerindən heç bir əşya götürülməmiş, ölçmə 30 metrəlik ruletka ilə təbii işıqlandırma şəraitində aparılmışdır. Bundan sonra tərəfindən İsmayıl Rəcəbovun və Şəxs izahatları alınmış, Şəxs yanında olan zaman sonuncunun spirtli içkinin təsiri altında olduğunu hiss etmiş, bu səbəbdən sərxoşluq vəziyətinin yoxlanılması ilə əlaqədar tibbi müayinəyə aparmış, narkoloji mərkəzdə olan zaman alkotester vasitəsi ilə Şəxs sərxoşluq vəziyəti yoxlanılmış, alkoqol sərxoşluğu vəziyətində olmadığı aşkar edilmişdir. Daha sonra narkoloq tərəfindən Şəxs narkotik vasitə istifadə edib-etməməsi məqsədi ilə sidik nümunəsi götürülməsi təklif edilmiş, bu məqsədlə ona ağ plastik rəngli qab verilmişdir. Təxminən 10-15 dəqiqə sonra Şəxs geri qayıdaraq sidik nümunəsi verə bilmədiyini bildirmşdir. O, özü şəxsən Şəxs təkrarən su içməsini və sidik nümunəsi verməsini tələb etmiş, lakin sonuncu təxminən yarım litr maye qəbul etməsinə baxmayaraq, təkararən nümunə verməmiş bundan imtina etmişdir. Şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini, bu səbəbdən ona köməklik edilməsini xahiş etmişdir. O və həkim narkoloq ondan sidik nümunəsi verməsini təkidlə tələb etsələr də, hətta bunun üçün narkoloji mərkəzdə təxminən 1 saata yaxın vaxt itisələr də, Şəxs müxtəlif bəhanələr gətirərək sidik nümunəsi verməkdən imtina etmişdir. Bu barədə həkim-narkoloq tərəfindən müvafiq akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “yol nəqliyyat hadisəsinin sxemindən” görünü ki, hadisə Sumqayıt şəhəri, Çerkassi küçəsi ərazisində baş vermiş, hadisəni “Ford Transit” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil törətmişdir. BC 017944 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs BC sürücülük kateqoriyası var və xx.xx.2031-ci il tarixədək etibarlıdır. 050151 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən” görünür ki, “Ford Transit” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/5330 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:35-də müayinə olunmuş və alkoqol sərxoşluğu vəziyətində olmaması faktı aşkar edilmişdir. Həmin rəyin 12-ci bəndində sidik analizi verməkdən boyun qaçırdığı göstərilmişdir 07 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6, 327.8 və 343-1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll üçün toplanmış material Sumqayıt ŞPİ DYPŞə göndərilmişdir. Həmin qərarın təsviri hissəsində İsmayıl Rəcəbovun izahatından görünür ki, sonuncu hadisə vaxtı ciddi xəsarətlər almış və hadisəni törədən şəxsdən şikayətçidir. AR Səhiyyə Nazirliyinin MTE və PAB X8 xx.xx.2023-cü il tarixli, 1759 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ baldırın topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı, sol baldırın, döş qəfəsinin sol yarısının yumşaq toxumaların əziyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. xx.xx.2023-cü il tarixli “Akt”dan görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədi ilə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, həkim-narkoloq tərəfindən Şəxs sidik analizi verməsi təklif olunmuş, sonuncu sidiki analizi verməkdən və müayinə olunmaqdan qəti olaraq imtina etmişdir.Bu baxımdan Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisənin görüntülərini özündə əks etdirən diskə baxış zamanı Şəxs “Ford Transit” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iş materiallarında qeyd olunan yol-nəqliyyat hadisəsini törətməsini öz əksini tapmışdır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Rəsulov X3 qeyd olunan tələblərini pozmuş və nəticədə İsmayıl Rəcəbovun sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktı, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı və şahid ifadələri ilə öz təsdiqini tapır. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333-1.2 və 333-1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333-1.3-cü maddəsi Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs idarə etdiyi “Ford Transit” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Dəmiryolu vağzalı istiqamətində “Okean” şadlıq evinin yaxınığınında piyadanı-İsmayıl Rəcəbovu vurmuş, hadisə nəticəsində sonuncuya yüngül dərəcəli bədən xəsarəti yetirmiş, araşdırma məqsədi ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, lakin tibbi müayinədən imtina etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 343-1.3-cü maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. AR İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasının məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ X12 Şöbəsinin YHN inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 23.3-cü maddəsinə görə bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 27.2.-ci maddəsinə görə Bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343-1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2708/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2708/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver