Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2709/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X1 Xidməti Sumqayıt regional X1 İdarəsi tərəfindən Şəxs MTK (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqında protokol tərtib etmiş orqanın və hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MTK-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, Niyazi küçəsində yerləşən Şəxs MTK-ya məxsus yaşayış binasında planlı yanğın texniki müayinəsi zamanı qanun pozuntusu aşkar edilmişdir (protokol yazı və tərtibatı baxımından elə tərtib edilmişdir ki, həmin pozuntuların nədən ibarət olması tam oxunmur). İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2024-cü il tarixli KY242137342 saylı çıxarışdan görünür ki, Fövqəladə Hallar Nazirliyi X1 Xidməti tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Şəxs MTK-ya məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, Niyazi küçəsində yerləşən yaşayış binasında və ofisdə plan üzrə yoxlama aparılması reyestrdə qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, Şəxs MTK barəsində İXM-in 518.1-ci maddəsi ilə Sumqayıt regional X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MTK-nın İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, hazırki protokol və ona əlavə edilmiş sənədlər birtərəfli qaydada tərtib edilmiş, həmin sənədlərin MTK-nın nümayəndəsinə təqdim edilməsi, onların etiraz və mülahizələrini qeyd etməsinə şərait yaradılması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Hazırki material daha öncə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, lakin materiallar natamam olduğu üçün geri qaytarılmışdır. Materialın geri qaytarılması barədə qərardada qeyd edilmişdir ki, “protokolda İXM 100.1.7, 100.2, 100.3 və 100.4-cü maddələrinin tələblərinə əməl edilməyərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, ona hüquq və vəzifələri izah edilməmiş, inzibati xəta haqqında protokolun surəti verilməmiş və inzibati xəta haqqında protokolla tanış edilməmişdir. Həmçinin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və imzalamaqdan imtina etmişsə bu barədə qeydlər aparılmamışdır”. Bundan sonra Sumqayıt regional X1 İdarəsi tərəfindən MTK-nın ünvanında hər hansı bildiriş göndərilmədən, onların nümayəndəsi dəvət edilmədən materiallar yenidən məhkəməyə göndərilmiş və bu dəfə inzibati xəta haqqında materiallarda MTK-nın nümayəndəsinə aid yerlərdə “imza etməkdən imtina etdi” qeydləri yazılmışdır. Göründüyü kimi heç bir çağırış və bildiriş olmadan formal olaraq inzibati xəta haqqında protokolda MTK-nın nümayəndəsinin materiallarla tanış olmaqdan və imza etməkdən imtina etməsi qeyd edilmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsinin iştirakı olmadan yaxud onlara məlumat verilmədən, birtərəfli qaydada tərtib edilmiş hazırki inzibati xəta haqqında iş üzrə materiallar həmin MTK-nın təqsirliliyini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MTK-nın hər hansı inzibati xəta törətməsi məhkəməyə təqdim edilmiş materiallar əsasında sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxsnə istinad edilən inzibati xətanın törədilməsində MTK-nın ya təqsirliliyi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114-155, 128- 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2709/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2709/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver