Məhkəmə qərarları › İş №3(060)-271/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-271/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-271/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2022-ci il tarixli, EQ 11547869 saylı protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2022-ci il tarixli, EQ 11547869 saylı protokol əsasında qəbul edilmiş qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X2 Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Mercedes Benz A140 minik markalı, 90TM475 dövlət qeydiyyat nişanlı avtomobillə dayanma-durma qaydalarını pozmasıdır. Həmin qərardan narazı qalan X5 şikayət verərək DYPİ tərəfindən verilmiş EQ 11547869 saylı qərarın ləğv edilərək hesablanmış 20 manat cərimənin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş X1 xx.xx.2022-ci il tarixli, EQ 11547869 saylı protokol əsasında qəbul edilmiş qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzi istiqamətində ona məxsus avtomobili 90TM 475 dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobili nasaz olduğundan motorunda problemi yaranmışdır. Bu səbəbdən saxlayaraq 2 dəqiqəlik avtomobilin yanında yerləşən ustaya yaxınlaşmışdır. Avtomobilə minəndən sonra ona sms gəlmişdir ki, 20 manat cərimə tətbiq edilmişdir. Həmin cərimənin kamera vasitəsi ilə o avtomobildə ola-ola tətbiq edilməsini qanunsuz hesab edir. Sözügedən protokol təqdim edilməmiş və kobud qanun pozuntusuna yol verilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi və bildirdi ki, maşının fotoşəkilləri yan və qabaqdan çəkilmişdir, maşın saxlanıldıqda qəza işıqları yanılı olmuşdur. Maşın nasaz olmuşdur, həyat yoldaşı ustaya dəyməyə düşmüş, orada dayanma-durmanın qadağan olduğunu bilməmişdir. Protokol tərtib ediləndə ona bildirilməmiş, surəti verilməmiş, yalnız sms-lə məlumat verilmişdir. Məhkəmə X4İn şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan DİN Baş Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2022-ci il tarixli, EQ 11547869 saylı protokol əsasında qəbul edilmiş qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Asan Pay-dan çıxarışdan görünür ki, X5 ona təyin olunmuş cəriməni və dəbbə pulunu ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə-iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. Mercedes Benz A140 minik markalı, 90TM475 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, 2ci mikrorayon ərazisində dayanma-durma qaydalarını pozmuşdur . Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şikayətçinin özünün göstərdiyi hallar da inzibati xəta hadisəsinin baş verməsini təsdiq edir. Avtomobilin qəza işıqlarının yandırılması dayanma-durma qadağan edilmiş yerlərdə saxlanılmasına əsas vermir. Məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə (xüsusən 16-cı fəsil) əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin X1 xx.xx.2022-ci il tarixli, EQ 11547869 saylı protokol əsasında qəbul edilmiş qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar