Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2713/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* və MN ******* nömrəli protokollar tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs “Müştəri bonus informasiya sisteminin” Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadan həmin informasiya sistemində fərdi məlumatların işləndiyi faktı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin manitorinq nəticəsində Şəxs MMC-nin “Müştəri bonus informasiya sisteminin” tərkib hissəsi olan “www.oba-customer-api.azurewebsites.net“ internet informasiya sistemindən fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Protokolu tərtib edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, xx.xx.2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi tərəfindən Şəxsnə məxsus informasiya sistemində zəruri təhlükəsizlik tədbirlərinin tətbiq edilməməsi səbəbindən həmin informasiya sistemində toplanılan və işlənilən fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü və həmin informasiya sisteminin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq qeydiyyata alınmaması nəticəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin müvafiq olaraq 375.0.1 və 375 0.2-cı maddələrində nəzərdə tutulan inzibatı xətalann (fərdi məlumatiann informasıya sisteminin dövlət qeydiyyatına alınmaması və fərdi məlumatların mühafizəsinin təmin edilməməsi) törədilməsi faktı ilə bağlı inzibatı xəta haqqında protokollar tərtib olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 da Nümayəndə1 izahatına uyğun izahar verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Şəxs nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə də, xx.xx.2022-ci il tarixdə Şəxs “Müştəri bonus informasiya sisteminin” Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmadan həmin informasiya sistemində fərdi məlumatların işləndiyi faktı müəyyən edilmişdir və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin manitorinq nəticəsində Şəxs “Müştəri bonus informasiya sisteminin” tərkib hissəsi olan “www.oba-customer-api.azurewebsites.net“ internet informasiya sistemindən fərdi məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinin mümkünlüyü faktı aşkar edilmişdir və nəticədə OBA MARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 375.0.1-ci maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs OBA MARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələri ilə təqsirli bilinib, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.1 və 375.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2713/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2713/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver