Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2714/2022 15.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakı ilə DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan X6 tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X6 bildirdi ki, LAND ROVER DİSCOVERY minik markalı, **-DJ-***dövlət qeydiyyat nişanlı avtomobil AC 769828 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsi ilə onun mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə təqsirli bilinmiş, nəticədə X5 Azərbaycan Respublikasının İXM-nin 328.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi nəqliyyat vasitəsi onun mülkiyyətindədir. Arzuman Abbasova avtomobilin idarə edilməsi üçün etibarnamə verilmişdir. Həmçinin qeyd edir ki, sözügedən nəqliyyat vasitəsi Arzuman Abbasov tərəfindən çox az hallarda idarə edilmiş və həmin gün də avtomobili məhz özü idarə etmişdir. Qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin vaxtı o Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Xalq Bank”-ın qarşısında dayanmış, bir nəfər ilə görüşdükdən sonra yenidən avtomobilə əyləşərək üzü yenə də həmin ərazidə yerləşən “Dörd Qardaş” restoranına tərəf hərəkət etmişdir. Hərəkətdə olan zaman qarşı tərəfdən gələn DYP-nə məxsus avtomobildə quraşdıırlmış video müşahidə kamerası tərəfindən müəyyən edilmişdir ki, guya avtomobil 110 km/saat sürətlə hərəkətdə olmuşdur. Hesab edir ki, bu tamamilə qanunsuz və əsassızdır. Belə ki, telefonunda olan sms.radar mobil tətbiqində olan video görüntüdə onun arxasınca hərəkət edən avtomobillər ilə aralarında çox az bir məsafənin olduğu açıq-aşkar görsənir. Onda belə bir sual ortaya çıxır ki, bütün avtomobillər 110 km/saat sürətlə hərəkət edirdi? Həmçinin araşdırma zamanı da görünəcəkdir ki, sözügedən avtomobil qeyd olunan məsafədə o surəti yığa biləcək qabiliyyətə də malik deyildir. Cərimə edildikdən sonra yenidən həmin əraziyə qayıtmış, avtomobilin həmin məsafədə o qədər sürət yığa bilməsini yoxlasa da maksimum surət 70 km/saat olmuşdur. Qeyd edir ki, bankın qarşısında müşahidə kamerası vardır və avtomobilin məhz hərəkətsiz vəziyyətdə olması və yerindən hərəkət etməsi qeydə alınmışdır. Görünür ki, DYP avtomobilində quraşdırılmış video müşahidə kamerası texniki cəhətdən nazasdır və texniki baxışdan keçməmişdir. Ona görə də, DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı X1 barəsində tərtib olunmasına baxmayaq X6 həmin qərardan məhkəməyə şikayət vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə həmin qərardan şikayət verə bilər. Ona görə də, məhkəmə hesab edir ki, həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələblərinə əsasən X6 tərəfindən DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 tərəfindən DİN BDYPİ X2 EQ 11626025 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2714/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2714/2022
15.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver