Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2715/2025 23.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağları 33 yolu deyilən ərazidə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tətib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Həmin protokollar məhkəmənin qərardadı ilə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında işirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət edərək polis bölməsinə gətirilmiş və bölmədə o, polisin qanuni tələblərinə məhəl qoymamış və hərəkətlərinə davam etdiyi üçün barəsində raport və protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alıb, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 13-cü mkr. ərazisində adını bilmədiyi bir kafedə tanışları X7 və X3 ilə bir yerdə bir masada oturub üçünə 1 litr araq içmişlər, sonra kafenin qarşısına çıxmışlar, həmin vaxt Elxan telefonla yüksək səslə danışırdı, nəlayiq ifadələr işlədirdi, bu zaman polis əməkdaşı Elxana yaxınlaşıb iradını bildirdi, ictimai yerdə nəlayiq ifadələr və söyüşlər işlətməməsini dedi, Elxan isə polisin sözlərinə məhəl qoymadı, bu səbəbdən polis onu tutub nizam intizama dəvət etmək istədi, Elxanla həmin polis əməkdaşı dartışmaya başladılar, polis onu aparmaq istədi, o, və Vüqar onlara yaxınlaşıb onları aralamaq istəmişlər, polisə Elxanı aparmamasını dedilər, sonra oraya bir neçə polis əməkdaşı yaxınlaşdı, Vüqarla onu tutub saxladılar, onlar onlarında tələblərinə tabe olmamış, sonra həmin polis əməkdaşları hər üçünü polis avtomaşını ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar və sərxoşluğu ilə bağlı müəayinədən keçirmişlər, orta dərəcəli sərxoş olmağı məlum olmuş, bölmənin dəhlizində sərxoş olduğu üçün nəlayiq ifadələr və sözlər işləmiş, əməlindən peşmandır. Hazırda etdiyi əməldən peşman olmasını nəzərə alaraq, yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Post Patrul xidməti taborunun tağım komandiri polis leytenantı X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində Ü.Hacıbəyov küçəsində xidməti yoxlayan zaman Emil kafesinin qarşısında piyada hərəkət edirdi. Bu zaman kafenin qarşısında 3 nəfərin durduğunu və onlardan bir nəfərin telefonla danışarkən ucadan qışqıraraq nəlayiq küçə söyüşləri söydüyünü görüb həmin şəxsə yaxınlaşaraq nəlayiq küçə söyüşləri söyməməsini ictimai qaydanı pozmamasını bildirib nizam intizama dəvət etdikdə həmin şəxs aqresiv şəkildə hərəkətlərini davam etdirərək qanuni tələblərimə tabe olmadı. O, dərhal hadisə yerinə 9178 çağrışlı avtopatrulu çağırdıqda həmin vətəndaş ordan uzaqlaşıb qaçmaq istədikdə onu saxlayan zaman həmin şəxs onun ünvanına və polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlayarak ona əl-qol ataraq müqavimət göstərməyə başladı. Bu zaman onun yanındakı iki nəfə şəxs ona arxadan yaxınlaşaraq əl qolumu tutub ünvansız nalayiq küçə söyüşləri söyməyə başladılar. O, həmin 2 nəfər şəxsə nalayiq söyüş söyməmələrini və müqavimət göstərməmələrini bildirdikdə həmin şəxslər öz hərəkətlərini davam etdirərək əl qol atıb qolundan tututub dartaraq qanuni tələblərinə tabe olmadılar. Bu zaman hadisə yerinə çağırdığı avtopatrul gəlmiş və həmin şəxslər tərəfindən PB-nə gətirilmişdir. Bölmədə məlum oldu ki, həmin şəxslər xx.xx.1991-ci il təvəllüdlü X7,l 1.101977-ci il təvəllüdlü X3,1973-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Post Patrul xidməti taboru, polis nəfəri X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:05 radələrində postaçı yoldaşı polis nəfəri polis serjantı Məhərrəm Əzizovla birlikdə xidmət aparan zaman 9163 nömrəli çağırışlı tağım komandiri polis leytenantı Yusif Həsənov onlara onları Ü.Hacıbəyov küçəsinə köməyə çağırmışdır. Onlar qeyd olunan ünvana çatan zaman 3 nəfər şəxsin komandir Yusif Həsənovun qolundan tutaraq nalayiq küçə söyüşləri söydüyünü görmüşdür. Onlar dərhal həmin şəxslərə yaxınlaşıb hərəkətlərinə son qoymaqlarını nalayiq küçə söyüşlərini söyməmələrini komandiri buraxmalarını bildirdikdə həmin şəxslər öz hərəkətlərinə davam edərək onların qanuni tələblərinə məhəl qoymamışlar. Bu zaman həmin şəxslər tərəflərindən PB-nə gətirilmiş və bölmədə məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1991-ci il təvəllüdlü X7,l 1.101977-ci il təvəllüdlü X3,1973-cü il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılğını nəzərə alaraq, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 23:05 radələrində Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qayda tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:58-də tutulmuş və xx.xx.2025-ci il tarixdə saat 15:50-də azad edilmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair A/2423 nömrəli xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Şəxs orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33.1.5-ci maddəsinə əsasən inzibati xətanın bir qrup şəxs halında törədilməsini, həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən isə inzibati xətanın sərxoş halda törədilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 22 oktyabr 2025-ci il tarixdən saat 23:58-dən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 oktyabr 2025-ci il tarixdən saat 23:58dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(060)-2715/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2715/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver