Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2716/2023 12.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxs - X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində 16 noyabr 2023-cü il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, Şəxs boşanmış olduğu keçmiş həyat yoldaşı X2 ½ hissəsindən pay düşdüyü **-DH-*** dövlət qeydiyyat nişanlı, Hyundai İX35 markalı avtomaşının müəyyən hissəsini sökmüş, nəticədə Nümayəndə təxminən 4500 manat maddi ziyan dəymişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİnin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X3 bildirdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin (əmlakı qəsdən məhv etmə ya zədələmə) tərkibi olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Belə ki, Şəxs boşanmış olduğu keçmiş həyat yoldaşı X2 ½ hissəsindən pay düşdüyü **-DH-*** dövlət qeydiyyat nişanlı, Hyundai İX35 markalı avtomaşının müəyyən hissəsini sökmüş nəticədə zərərçəkmiş şəxsə 4500 manat maddi ziyan dəymişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, qeyd olunan avtomobil başqa şəxsə məxsusdur. Həmin avtomobilin ona və zərərçəkmiş şəxsə aidiyyatı yoxdur. Avtomobilin bölünməsi ilə bağlı qətnamə hələ icra olunmayıb. Avtomobilin texniki baxışı və sığortası olmadığından cərimə meydançasına aparılıb. Hazırda həmin avtomobilin üzərində olmayan hissələrini yerinə bərpa etmişdir. Bu barədə diski də məhkəməyə təqdim etmişdir. Lampa əvvəlki sahibindən aldığı zaman üzərində olmamışdır. Avtomobil işə düşür. Avtomobildə müəyyən nasazlıqların olması da avtomobilin uzun müddətdir istifadə edilməsi səbəbindən olmuşdur. Onun tərəfindən avtomobilə qəsdən heç bir zərər verilməmişdir. Avtomobilin hazırda dəyəri təxminən 18000-20000 manat arasıdır, məhkəmə qərarına əsasən ½ pay hissəsi üzrə 10000 manat qarşı tərəfə təklif etmiş, lakin qarşı tərəf onunla razılaşmır və həmin məbləği ona vermirlər ki, mübahisə sülhlə bitsin. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, inzibati xətanı törətmiş şəxs əmlak bölgüsü ilə bağlı məhkəmə dövrü zamanı avtomobili dayısının adına keçirmiş, məhkəmə tərəfindən avtomobilin alqısatqısı barədə müqavilənin etibarsız hesab olunması və avtomobilin bölünməsi barədə qətnamə çıxarılmışdır. Lakin Şəxs avtomobilin lazımi hissələrini söküb avtomobilə ziyan vurmuşdur. Avtomobili yararsız vəziyyətə gətirib ki, ona düşən pay az olsun. Avtomobilin arxa qapılarında olan səs kalonkaları, işıq sisteminin lampaları və bəzi hissələri yerində yoxdur. Avtomobilin orta bazar qiyməti 22000-25000 manat arasıdır, ona görə təkliflə razılaşmırlar, onların pulu olmadığına görə qarşı tərəflə razılaşdıra bilmirlər, yalnız hərrəac vasitəsi ilə avtomobilin satışa çıxarılmasını istəyirlər. Hazırki iş üzrə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati xətaya dair iş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, qərarın surəti həmin fakt üzrə Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin (əmlakı qəsdən məhv etmə ya zədələmə) tərkibi olduğundan, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan barəsində protokol tərtib edilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, həmin diskdə 17 fotoşəkil və 4 videogörüntü vardır. Həmin şəkillərdən və videogörüntülərdən Hyundai İX35 markalı avtomobildə qeyd olunan çatışmayan ehtiyat hissələri və onların yerinə bərpa edilməsi görünür. Məhkəmə tərəfindən qeyd olunan Hyundai İX35 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə cərimə meydançasında yerində baxış keçirilmiş, iş materiallarına əlavə edilmiş fotoşəkillərdə görünən nöqsanlar aşkar edilməmiş, avtomobil saz vəziyyətdə olmuşdur. Bununla da Şəxs əməlində özgə əmlakını qəsdən məhv etmə və ya zədələmə müəyyən edilməmişdir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi olmadığından məhkəmə dəymiş ziyan hissəsinə hüquqi qiymət vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2716/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2716/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver