Məhkəmə qərarları › İş №3(060)-2716/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2716/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2716/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 23 oktyabr 2024cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs (VÖEN **********) – (bundan sonra mətndə Şəxs MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC (VÖEN **********) 43750.00 ABŞ dolları məbləğində vəsaiti 13 sentyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 43750.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 23 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 bildirdi ki, gömrük orqanına müraciət etmişlər, oradan şifahi cavab vermişlər ki, sənədlərdə dəyişiklik edə bilmirlər. Pul köçürülmüşdür, cəmi 607374 dollardır, lakin gömrükdən verilən rəsmiləşdirməyə əsasən onlara 636000 manatlıq mal gəlmişdir. Mal onların ödədikləri puldan artıq gəlmişdir. Onların göndərdikləri pulun qarşılığında bütün mallar gəlmişdir, lakin sənədlərdə yalnışlıq olmuşdur, bankın işçisi düzgün yazmamışdır, bununla bağlı bankdan sənəd ala bilməmişlər. Bir neçə müqavilə üzrə olan mallar bir konteynerdə gəldiyindən qarışıqlıq olmuş və mallar ayrı-ayrı vaxtlarda gəlmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış RB- 02/3987 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, AR Mərkəzi Bankının "Azərbaycan Respublikasının rezident və qeyri- rezidenliərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları" nın 4.3.1.3- cü maddəsinə əsasən. Azərbaycan Respublikasına idxal olunan malların və .xidmətlərin ödənilməsi üzrə rezident və qcyrirezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldığı gündən iki il müddətində malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməyən müştərilərin ödəniş əməliyyatlarının sənədləri Mərkəzi Banka təqdim edilmişdir. Sözügedən məktuba əlavə edilmiş siyahıda Şəxs MMC-nin adı vardır. İş materiallarında olan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş **********5328 nömrəli, xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “CYGNUS Trading CO.Limited Company şirkəti tərəfindən göndərilmiş 22500 dollar dəyərində mal idxal olunmuşdur. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən ödənilmiş 43750 dollar məbləğində vəsaitin müqabilində malların idxal olunmasını təsdiq edəcək mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC (VÖEN **********) barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5004, ünvan 1 ünvanında olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 43750.00 (qırx üç min yeddi yüz əlli) ABŞ dolları pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 8750.00 (səkkiz min yeddi yüz əlli) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar