Məhkəmə qərarları › İş №3(060)-2717/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2717/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2717/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 100.1.1-100.1.7, 100.1.9-100.1.10-cu maddələrinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. İşdə olan məlumatlara əsasən icra edilməyən icra sənədi 23.06.2017-ci il təvəllüdlü X1 və 26.03.2019-cu il təvəllüdlü X3 ataları Şəxs alınıb anaları X4 verilməsindən ibarətdir. Məhkəmədə materialın baxılmağa hazırlanması ilə bağlı işin halları öyrənilmişdir. Məlum olmuşdur ki, Şəxs icra məmuruna verdiyi izahatda göstərmişdir ki, ananın psixi durumu ilə bağlı uşağı ona verə bilmir. Eyni zamanda, o uşağı verməkdən imtina etmir, ancaq uşaq anasını tanımır, getmək istəmir. Material təqdim edilərkən icra məmuru şifahi qaydada bildirmişdir ki, inzibati xəta haqqında protokola baxılması ilə bağlı icra sənədi üzrə tələbkar tərəf və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmədə iştirak etmək üçün gəlmişlər, Şəxs həm də 2017-ci il təvəllüdlü qızı X2 da özü ilə gətirmiş və bildirmişdir ki, uşaq onsuz qalmır və məhkəmə iclasına da uşaqla qatılacaqdır. Uşaq anaya getmək istəmədiyindən onun alınıb anaya verilməsi, atadan aralaşdırılması və ya kənarda saxlanılması qeyri-mümkündür. Məhkəmə işin hallarını, işin təşkili ilə bağlı icra məmurunun verdiyi məlumatları öyrənərək hesab edir ki, daxil olmuş materiallar natamamdır. Bu kateqoriyadan olan icra sənədlərinin icra edilməsi xüsusi həssaslıq və vacib olan bütün qanuni tədbirlərin görülməsini tələb edir. İşin hallarından və verilən məlumatlardan görünür ki, təqdim edilmiş materiallarda icra ilə bağlı bütün tədbirlərin görülməsini, şəxsin inzibati xətanı hansı qaydada törətməsini, onun göstərdiyi halların həqiqət olub-olmamasını özündə əks etdirən məlumatlar yoxdur. Göstərilən məlumatların əldə edilməsi, iş üzrə bütün zəruri halların yoxlanılması bu materiala baxılması hüdudlarında mümkün deyildir. İnzibati xəta haqqında icraat zamanı və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmişdir. Ümumilikdə, inzibati xəta haqqında materiallarda olan natamamlığı məhkəmədə işə baxılarkən tamamlamaq mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 13 avqust 2021-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt Şəhər Üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar