Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2718/2023 17.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən 17 noyabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 529.2-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İXM-in 528.1-ci maddəsinə əsasən 500 manat cərimə edilmiş və cəriməni ödəməmişdir. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 verdiyi izahatında göstərdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İXM-in 528.1-ci maddəsinə əsasən 500 manat cərimə edilmiş və cəriməni ödəməmişdir. O, xx.xx.2023-cü il tarixdə idarəyə dəvət olunaraq ona bildiriş təqdim edilmiş, öhdəliyi izah edilmişdir. Şəxs adına əmlak aşkar edilməmişdir. Odur ki, icra məmuru məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasova (Qocayeva) Leyla Vahid qızı özünü təqsirli bilərək izahatında bildirdi ki, halhazırda heç bir yerdə işləmir. İşsiz olması səbəbindən qeyd olunan cəriməni ödəyə bilməmişdir. Qeyd olunanların nəzərə alınmasını ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, Şəxs məhkəmə qərarını qərəzli deyil, sadəcə maddi imkanı olmadığı üçün icra edə bilməmişdir. Bu səbəbdən müdafiəçi Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə barəsində iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-in 529.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs İXM-in 528.1-ci maddəsinə əsasən 500 manat cərimə edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli «icraata başlamaq haqqında» qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanma haqqında qərar qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli «tələbin könüllü icrası haqqında» bildirişin surətindən görünür ki, Abbasova (Qocayeva) Leyla Vahid qızı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən borcludan icra sənədi ilə bağlı xx.xx.2023-cü il tarixli izahat alınmışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh növündə tətbiq edilmişdir. Şəxs, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyi gündən sonra qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da, həmin hərəkəti ilə İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Abbasova (Qocayeva) Leyla Vahid qızı İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində ictimai işlər növündə inzibati tənbeh növü tətbiq edilməli və həmin tənbeh növü gün ərzində dörd saatdan çox olmayaraq, üzərinə həmin ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra etməməsinə görə İXM-in 529.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan həmin qərarın icrasına xitam verilməlidir. İXM-də göstərilmişdir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir (28.1). İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir (28.2). İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz (28.3). Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur (28.3-1). Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verilir (145.1.6). Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasova (Qocayeva) Leyla Vahid qızının şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Abbasova (Qocayeva) Leyla Vahid qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində elektron nəzarət vasitəsi tətbiq edilməklə 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunsun. Abbasova (Qocayeva) Leyla Vahid qızının üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Abbasova (Qocayeva) Leyla Vahid qızı Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra etməməsinə görə İXM-in 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduğundan 3(060)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın icrasına xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirləndirilən Abbasova (Qocayeva) Leyla Vahid qızına Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2718/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2718/2023
17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver