Məhkəmə qərarları › İş №3(060)-2721/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2721/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2721/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 07 oktyabr 2022-ci il tarixli, EP № 0052476, 00100-2111/22 saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, X5 Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.1-ci maddəsinə əsasən 07 oktyabr 2022-ci il tarixli EP № 0052476, 00100-2111/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi Gömrük Prosedurları” şöbəsindən daxil olmuş 34/012/0021772 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən "xxxx" MMC-nin adına gələn xx.xx.2022-ci il tarixində 91AA381/91AA382 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********4455 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükün qısa idxal bəyannaməsi tərtib olunmamışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********9323 sorğu nömrəli əvvəllcədən təqdim edilmiş elektron qaydada qısa idxal həyannaməsində mallara dair məlumatlardan görünür ki, **********9323 sorqu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 91B725/91B726 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********4455 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, **********4455 sorqu nömrəli Gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 91AA381/91AA382 qeyd edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1-sual edilməsi haqqında protokoldan görünür ki, gömrük işlərinin təşkil edilməsi ona həvalə edilmişdir. **********4455 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair **********9323 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2022-ci il tarixdə gömrük orqanına rəsmiləşdirmək üçün göndərildiyini, həmçinin, **********4455 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə gətirildiyini, yəni qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olmamışdan 3 (üç) gün qabaq gömrük orqanına təqdim olunduğunu, ixracatçı şirkət səhv tərtib edilmiş CMR sənədini nümayəndəsi olduğum Şəxs MMC-yə göndərilmişdir. Nəqliyyat vasitəsinin nömrəsi həmin səhv göndərilən CMR sənədinə uyğun qeyd edilmişdir. Gömrük qaydalarını pozulduğunu, Şəxs MMC olaraq qanunvericilikdə nəzərdə tutulan cəriməni ödəməyə hazır olduqlarını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, X5 "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində **********4455 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 91AA381/91AA382 nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə saat 20:34 radələrində Qərb Ərazi Bas Gömrük İdarəsinin “Astara” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir, həmin yükə dair **********9323 sorğu nömrəli qısa idxal bəyannaməsi də xx.xx.2022-ci il tarixdə saat 12:11-də tərtib edilərək xx.xx.2022-ci il tarixdə saat 12:41-də gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir. Lakin qeyd olunan xx.xx.2022-ci il tarixli **********9323 sorğu nömrəli qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 91B725/91B726, **********4455 sorğu nömrəli xx.xx.2022-ci il tarixli Gömrük bəyannaməsinin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 91AA381/91AA382 kimi göstərilmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsindən daxil olmus 34/012/0021772 nömrəli xx.xx.2022-ci il tarixli və 34/013/023300 nömrəli xx.xx.2022-ci il tarixli raportalara əsasən "xxxx" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu fakt **********4455 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi, xx.xx.2022-ci il tarixli **********9323 sorğu nömrəli qısa idxal bəyannaməsi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatı və işdə olan digər sənədlərlə ilə təsdiq edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 1, X5 Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350,00 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar