Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2722/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Sumqayıt Şəhər Dövlət X3 Yol Patrul Xidməti inspektoru, polis leytenantı X1, Şikayət verən şəxs Əliyev Fərid Əhməd oğlunun, Sumqayıt Şəhər Dövlət X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Əliyev Fərid Əhməd oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyev Fərid Əhməd oğlu Sumqayıt Şəhər Dövlət X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Əliyev Fərid Əhməd oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli TP7567273 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 342.2.3-cü maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə 150 (yüz əlli) manat cərimə edilir. Ona bu inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin tam kütləsinin və kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə qəbul edilmişdir. Halbuki, avtomobildə heç bir konstruksiya dəyişiklik edilməmişdir. Qərar qərəzlidir və ziddiyyət mövcuddur, bu halda sürücü məsuliyyət daşımır. Ona görə də xx.xx.2025-ci il tarixli TP7567273 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Əliyev Fərid Əhməd oğlu şikayətini müdafiə edərək şikayətə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, üç ildir ki həmin avtomobili idarə edir və avtomobil 2013-cü il buraxılışlıdır. xx.xx.2025-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Sumqayıt Şəhər Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanılmış və avtomobili saxlama duracağına aparılmışdır. Yol polisi əməkdaşı ona avtomobilin konstruksiyasının pozulmasını bildirmişdir. Halbuki, qeyd edilən hal ilə bağlı ekspertiza aparılmalı idi. O, ekspertiza aparılmasını tələb etmişdir. Hadisənin xx.xx.2025-ci il tarixdə olmasına baxmayaraq protokol o, məhkəməyə müraciət etmək istəyərkən, hadisədən 3 gün sonra tərtib edilmişdir. Daha əvvəllər də həmin yol polis əməkdaşı onu saxlayaraq bu məsələ ilə bağlı ona xəbərdarlıq etdiyini bildirmişdir. Məhkəmədən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP7567273 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Sumqayıt Şəhər Dövlət X3 nümayəndəsi, polis leytenantı X2 bildirmişdir ki, protokol tərtib edilməmişdən əvvəl Əliyev Fərid Əhməd oğluna dəfələrlə avtomobilin istismara yararsız olduğu və qeyd edilən halın aradan qaldırılması barədə xəbərdarlıq edilmişdir. Belə ki, Əliyev Fərid Əhməd oğlunun idarə etdiyi “VAZ21905 minik” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yayları aşağı vəziyyətdə və ümumiyyətlə istismara yararsız vəziyyətdə olmuşdur. Qeyd edilən avtomobilin vizual olaraq da istismara yararsız olduğunu görmək mümkündür. Əliyev Fərid Əhməd oğlu avtomobilin konstruksiyasının pozulmamasını bildirsə də, bununla bağlı heç bir rəsmi avtomobil servisi müəssisəsindən sənəd təqdim etməmişdir. xx.xx.2025-ci il tarixdə saxlanılan zaman avtomobili duracağa apararkən tabesizlik göstərmiş və yalnız post patrul əməkdaşları yaxınlaşdıqdan sonra avtomobil duracağa aparmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Əliyev Fərid Əhməd oğlu xx.xx.2025-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhəri Koroğlu küçəsində “VAZ 21905 MİNİK” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş fotogörüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Əliyev Fərid Əhməd oğlunun idarə etdiyi “VAZ 21905 MİNİK” markalı **-DV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa yayları aşağı vəziyyətdə və avtomobilin arxa təkərləri onun arxa qanadına bitişik olmaqla, nəqliyyat vasitəsinin tam kütləsinin oxlar üzrə paylanmasının və ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması müşahidə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət X3 inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 30-cu maddəsinin 5-ci hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Əliyev Fərid Əhməd oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində Azərbaycan Respublikasının İXM-nin 342.2.3-cü maddəsində nəzərədə tutulan inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclasında baxış keçirilmiş fotogörüntülərə əsasən müəyyən edilmişdir ki, Əliyev Fərid Əhməd oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət X3 inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Əliyev Fərid Əhməd oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Əliyev Fərid Əhməd oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin Dövlət X3 inspektoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2722/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2722/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver