Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2723/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Xasiyev Elay Nadir oğlunun iştirakı ilə, Xasiyev Elay Nadir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı qərardan verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Xasiyev Elay Nadir oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 02 noyabr 2023-cü il tarixdə saat 21.15 radələrində Sumqayıt şəhərinin Niyazi küçəsində ona məxsus “OPEL ASTRA MİNİK” MARKALİ 99GD442 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyi zaman başqa nəqliyyat vasitəsinin onun yoluna çıxması səbəbindən yol nəqliyyat hadisəsi baş vermişdir. Onun avtomobili ilə toqquşan nəqliyyat vasitəsini idarə edən şəxs yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğunu dərhal qəbul etmişdir. Hadisə yerinə gəlmiş Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hər hansı sənədləşmə və araşdırma aparmadan yalnız sənədlərini almış və sabah şöbəyə gəlməyini bildirərək hadisə yerindən tələm-tələsik uzaqlaşmışlar. Növbəti gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yaxınlaşdıqda müvafiq araşdırma aparan polis kapitanı X3 yol nəqliyyat hadisəsinin baş verməsində guya onun təqsirkar olduğunu bildirmişdir. Halbuki bununla bağlı polis orqanı tərəfindən nə hər hansı videogörüntü incələnmiş, nə müvafiq ekspertiza təyin edilərək ekspert rəyi alınmış, nə də qanunvericiliklə müəyyən edilmiş qaydada digər təhqiqat və araşdırma tədbirləri həyata keçirilməmişdir. Araşdırma aparan polis əməkdaşı onu nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna inandırmağa çalışsa da, bunu sübuta yetirən hər hansı dəlil gətirə bilməmişdir. Bütün bu hallara baxmayaraq Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X3 tərəfindən onun barəsində 03 noyabr 2023-cü il tarixli, TP ******* saylı “İnzibati xəta ilə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərar qəbul edilərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin polis kapitanı X2 03 noyabr 2023-cü il tarixli, TP ******* saylı “inzibati xəta ilə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərarında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyi ilə bağlı qeyd edilənlər tamamilə əsassız və qeyri-obyektivdir. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, onun sözügedən maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin yol nəqliyyat hadisəsinin digər iştirakçısı özü də etiraf etmişdir ki, hadisənin baş verməsinin təqsirkarı onun özüdür. Həmin nəqliyyat vasitəsini idarə edən şəxs barədə Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsində məlumat mövcuddur. Eyni zamanda nəzərə alınsa ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin qərarı qanunvericiliklə müəyyən edilmiş qaydada imzalanmadan, vəzifəli şəxsin adı və soyadı nə elektron qaydada, nə də adi yazı ilə imzası göstərilmədən, möhür vurulmadan tərtib edilmişdir, həmin qərarın özü belə inzibati xəta haqqında qanunvericiliyə uyğun şəkildə tərtib edilmiş sənəd hesab edilə bilməz. Həmçinin inzibati xəta haqqında tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun özü qanuni sayıla bilməz. Həmin protokolda sözügedən nəqliyyat vasitəsi idarə edən şəxs olaraq tərəfindən hansı şəraitdə hansı qayda pozuntusuna yol verildiyi əsaslandırılmamış və bu barədə tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd göstərilməmişdir. Hesab edir ki,inzibati qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olmadan, yəni həmin qaydalara riayət etmədən tərtib edilmiş inzibati protokolun özü əsaslı olmadığından, o, həmin əsassız şəkildə tərtib edilmiş inzibati xəta haqqında protokola və qərara görə cəzalandırıla bilməz. Bütün bu sadalananlara əsaslanaraq hesab edir ki,Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin adı çəkilən inzibati xəta haqqında protokolunun hüquqi əsası yoxdur və həmin protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş 03 noyabr 2023-cü il tarixli, TP ******* saylı “İnzibati xəta ilə bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməsini,“İnzibati xəta haqqında iş üzrə” işin icraatına xitam verilməsini və onun həmin iş üzrə inzibati məsuliyyətdən azad edilməyi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ DYPŞ inspektoru, polis kapitanı X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:15 radələrində sürücü idarə etdiyi “Opel Astra minik” markalı avtomobili ilə Sumqayıt şəhəri Niyazi küçəsi ilə Çerkassi küçəsi istiqamətində hərəkətdə olarkən orada yerləşən “Hamam”a dönmək istəyərkən arxa sol ilə eyni istiqamətdə düzünə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməyərək onun qabaq sağ hissəsi ilə bu avtomobilin sol yan hissəsi toqquşmuşdur. Nəticədə xəsarət alan olmamışdır, hər iki avtomobilə müəyyən qədər maddi ziyan dəymişdir. Hadisə yerinə baxış keçirilmiş, sabahısı gün şəxslər şöbəyə dəvət olunaraq hər ikisinin izahatı alınmış, hadisə yerinin sxemi çəkilmiş və şəxslərə izah olunmuşdur. Lakin sürücü videogörüntü tələb etmiş, qeyd olunan ərazidə şəhər təhlükəsizlik kameraları olmadığından videogörüntü təqdim edə bilməmişlər. Sürücü buna görə narazı qaldığından şikayət ərizəsi ilə müraciət etmişdir. Protokolu müdafiə edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Xasiyev Elay Nadir oğlu izahatında bildirdi ki, hadisə yerinə baxış keçirilməmiş, yalnız şöbədə izahat yazmışdır. Hadisə inspektorun qeyd etdiyi kimi olmuşdur, lakin hesab edir ki, o qayda pozuntusuna yol verməmişdir. Hadisə yerinə baxış keçirilməsini və pozuntunun ona yerində göstərilməsini tələb edir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarıdan görünür ki, Xasiyev Elay Nadir oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilib. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Göründüyü kimi Xasiyev Elay Nadir oğlu əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq arxada onunla eyni istiqamətdə düzünə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməmiş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hal öz ifadəsi ilə də təsdiq edilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Xasiyev Elay Nadir oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Xasiyev Elay Nadir oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Xasiyev Elay Nadir oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt ŞPİ Dövlət Yol Polis Şöbəsi tərəfindən Xasiyev Elay Nadir oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2723/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2723/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver