Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2725/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru: X1, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs: Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, 19-cu məhəllə daxilində ünvansız nalayiq küçə söyüşü söyərək ictimai qaydanı pozub xırda xüliqanlıq hərəkətləri etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt DYP əməkdaşının raportu icraatına daxil olmuşdur. Raportda qeyd edilir ki, sürücü işıqforun qırmızı işığında keçmiş, buna görə saxlanılmış və avtomobil duracağa yerləşdirilmişdir. Daha sonra sürücüdən şübhələrək tibbi müayinəyə aparılmışdır. Sürücünün sərxoş halda olmadığı müəyyən edilmişdir. Vətəndaş əsəbləşərək ünvansız nalayiq ifadələr işlətmiş və bunun əsasında polis bölməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, avtomobili ilə hərəkət etdiyi zaman yol polis əməkdaşları tərəfindən ona saxla əmri verilmişdir. Saxladıqdan sonra ona işıqforun qırmızı işığında keçməsi bildirilmişdir. Avtomobili duracğa yerləşdirilmiş və ondan şübhələrək tibbi müayinəyə aparılmış, sərxoş halda olmadığı aşkar olunmuşdur. O, polis əməkdaşlarına taksi sürücüsü olduğunu, himayəsindəki övladını 3 gündür xəstəxanadan çıxarmasını, əgər işləməsə pul qazana bilməyəcəyini və axşam övladının dərman reseptini ala bilməyəcəyini bildirmişdir. İşıqforun qırmızı işığında keçməmişdir. 2 nəfər polis əməkdaşı onu saxlamışdır. Onda nə narkotik vasitə, nə də alkoqol sərxoşluğu aşkar edilməmişdir. Dispanserdə polislərdən avtomobilinin ona qaytarılmasını istəmiş, lakin ona sabah gəlməsini bildirmişlər. O, övladının dərman reseptinin necə alacağını fikirləşərək əsəbləşmiş, öz-özünə söyüş söymüşdür. Əməlindən peşmandır. 2 az yaşlı övladının olmasını nəzərə alıınmasını xahiş edir. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması özünün ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. - 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2725/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2725/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver