Məhkəmə qərarları › İş №3(060)-2727/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2727/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2727/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 333.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X4 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.1, 327.6 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında İXP ******* protokol tərtib olunmuşdur ona görə ki, “Hundai Tucson minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili BC 000048 saylı sürücülük vəsiqəsi ilə idarə edən xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs 327.1, 327.6 və 333.3-cü maddələrinin tələblərinin pozulması halına yol vermişdir. Nəticədə İXM-nin 327.1, 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Xəta Nəticəsində ünvan 3 ünvanında yaşayan 1998-ci il təvəllüdlü X3 məxsus olan “Mitsubishi L 200 minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 19 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 19 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X4 izahat verərək bildirdi ki, “Hundai Tucson minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili BC 000048 saylı sürücülük vəsiqəsi ilə idarə edən xx.xx.1973-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs 327.1, 327.6 və 333.3-cü maddələrinin pozulması halına yol vermişdir. Nəticədə İXM-nin 327.1, 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Xəta Nəticəsində ünvan 3 ünvanında yaşayan xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş X3 məxsus olan “Mitsubishi L 200 minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəymişdir. X3 dəymiş zərər sığorta tərəfindən qarşılanmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə alkoqol sərxoşl vəziyyətdə BC 000048 saylı sürücülük vəsiqəsi ilə özünə məxsus “Hundai Tucson minik” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri “Qurd dərəsi” bağlar massivində hərəkətdə olan zaman “Mitsubishi L 200 minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sürtərək hadisə yerindən uzaqlaşmışdır. Daha sonra DYPnın əməkdaşları onu saxladıqda ailəsi avtomobildə olduğu üçün hadisə yerini tək etdiyini bildirmişdir. Yoxlama zamanı onun sərxoş halda olmasını bilən YPX əməkdaşı həkim müayinəsindən keçməli olduğunu bildirmişdir. Həkim müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar olunmuşdur. O, inzibati xətanın törədilməsindən bir neçə saat öncə spirtli içki qəbul etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 333.3-cü maddədən əlavə İXM-nin 327.1, 327.6-cı maddələri ilə də tövsif edilmiş və həmin növ inzibati xətalara baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.1, 327.6-cı maddələri ilə məsuliyyət məsələsinə baxıla bilməz. İş materialına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 4500 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il tarixdə, saat 23:55-də) tibbi müayinədən imtina etməsi qeyd olunmuşdur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla o, 700,00 (yeddi yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar