Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-273/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Dövlət Yanğın Nəzarəti şöbəsinin etibarnamə üzrə nümayəndələri X1 və Musayev Ramil Vəkil oğlunun iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti şöbəsinin (bundan sonra mətndə Sumqayıt regional DYNŞ) inspektoru X2 tərəfindən 26 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, ev 14A ünvanında yerləşən "xxxx" MMC-yə məxsus sahədə plandan kənar yanğın-texniki müayinə keçirmək üçün olduqlarında, "xxxx" MMC-nin direktoru Şəxs plandan kənar yanğın-texniki müayinə keçirilməsinə şərait yaratmamışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 27 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 08 fevral 2023-cü il saat 10:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, ev 14A ünvanında yerləşən "xxxx" MMC-yə məxsus sahədə plandan kənar yanğın-texniki müayinə keçirmək üçün olduğlarında, "xxxx" MMC-nin direktoru Şəxs plandan kənar yanğın-texniki müayinə keçirilməsinə şərait yaratmamışdır. Qeyd olunanlara əsasən vəzifəli şəxs Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən DYNŞ-nin etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlu protokol tərtib etmiş şəxs X1 izahatına uyğun izahat verərək vəzifəli şəxs Şəxs barəsində məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə protokolu tərtib etmiş şəxsi və DYNŞ-nin etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 602.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, KY231886771 saylı çıxarışından görünür ki, hüquqi ünvanı AZ5000: Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, ev 14A olan "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək planlı müayinə aparılması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğına Nəzarət Xidməti yanğın-texniki müayinənin aparılnası haqqında xx.xx.2023-cü il tarixli 0122 saylı qərarından görünür ki, Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, ev 14A ünvanında yerləşən "xxxx" MMC-də plan üzrə yoxlama aparılması, yoxlama aparılan şəxslərin inspektor X2, Musayev Ramil Vəkil oğlu, X4 və X5 olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 0122 nömrəli yoxlama suallarının siyahısından da görünür ki, yoxlama suallarının siyahısının qarşısında hər hansı bir qeyd aparılmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə DYNŞ-nin baş inspektoru Aqil Quliyevin, X3 və inspektor Orxan Qasımovun iştirakları ilə akt tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Y.Məmmədov küçəsi, ev 14A ünvanında yerləşən "xxxx" MMC-yə məxsus sahədə plandan kənar yanğın-texniki müayinə keçirmək üçün olduğlarında, "xxxx" MMC-nin direktoru Şəxs plandan kənar yanğın-texniki müayinə keçirilməsinə şərait yaratmamışdır. Məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Şəhər Fövqəladə Hallar Komissiyasının sədri tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsinnin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 5-6/2-122/2023 saylı məktubdan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının “164” Qaynar xəttinə şəhərin Azərbaycan prospekti, Beton zavod ərazisində yerləşən sakinlər tərəfindən "xxxx" MMC-də döşək dəstlərinin hazırlanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması və hər an yanğın-partlayış hadisəsinin baş verməsinin qaçınılmaz olması barədə müraciət daxil olmuşdur. Qeyd edilənləri, ətraf ərazidə yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi və gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı işdəki sənədlərlə müəyyən olunmuşdur ki, Şəxs barəsində DYNŞ tərəfindən tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. İXM-nin 602.4-cü maddəsinə əsasən ahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 1.400,00 (bir min dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-273/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-273/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver