Məhkəmə qərarları › İş №3(060)-2730/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2730/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2730/2021 12.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 6, mənzil 20-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə AP seriyalı, ******* №-li, 30.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Koroğlu küçəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 4231 saylı, 30.06.2021-ci il tarixli akta əsasən 30.06.2021-ci il saat 07;10-da Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. Məhkəməyə təqdim olunmuş Sərxoşluq vəziyyətini tibbi müayinəsi barədə 2/18312 saylı, 30.06.2021-ci il tarixli akta əsasən müayinə edilən vaxt, yəni 30.06.2021-ci il saat 10:38:50-də Şəxs ayıq vəziyyətdə olmuş, onda alkoqol əlamətləri olmamışdır. 31 avqust 2021-ci ildə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, dayısı oğluna məxsus olan Daevvoo markalı **- CY-*** qeydiyyat nişanlı avtomobili sahibi yanında olmaqla 30.06.2021-ci il tarixdə Koroğlu küçəsində idarə edərkən yol polisi tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan şübhələndikləri üçün onu həkim müayinəsinə dəvət etmişlər. Həkim tərəfindən müayinə edildikdən sonra onda yüngül dərəcəli sərxoşluq vəziyyəti aşkar edilmişdir. Aşkarlanmış vəziyyətlə əlaqədar bildirir ki, 29.06.2021-ci il tarixində 1 bakal pivə içmişdir. Təkrar müayinə üçün Bakı şəhərində yerləşən narkoloji dispanserə müraciət etmişdir. Müayinə nəticəsində sərxoşluq dərəcəsi aşkarlanmamışdır. Bakıda müayinəyə gec getməyinin səbəbi polis əməkdaşının onu Sumqayıt şəhərindəki narkoloji dispanserdə müayinədən sonra öz şəxsi işi ilə əlaqədar gözlətməsi olmuşdur. Maşını cərimə meydançasına gətirdikdən sonra onu ətraflı məlumatlandırmadan düzgün yönləndirmədiyi üçün o 1 saat cərimə meydançasında gözlədikdən sonra görmüşdür ki, işinə baxan yoxdur. Bakı şəhərindəki dispanserə gedərkən yolların tıxac olması səbəbindən də bir qədər gecikmə olmuşdur. Ona görə də, məhkəmə ekspertizası təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərardadı ilə Şəxs vəsatəti təmin edilmiş, iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmişdir. Məhkəməyə 05.11.2021-ci il tarixdə daxil olmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 3655 saylı, 28.09.2021-ci il tarixli rəyindən görünür ki, alkoqol qəbulundan sonra 1 saat ərzində qanda alkoqolun miqdarı təxminən 02-03 promil 0/00 azalır, aşağı düşür. Belə ki Şəxs 30.06.2021-ci il tarixdə saat 07:10-da alkometr 500 cihazı ilə müayinə zamanı 0,37 faiz olduğu nəzərə alınsa, 30.06.2021-ci il tarixdə saat 10:38-də göstəricinin 0,00 promil olması mümkündür. Şəxs müayinə olunduğu 30.06.2021-ci il tarixdən saat 07:10-dan təkrara müayinə edildiyi 30.06.2021-ci il tarixə saat 10:38-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 31 avqust 2021-ci ildə keçirilən məhkəmə iclasında əvvəl izahatında göstərdiklərini bir daha təkrar etdi, verilmiş rəylə razı olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Qarayev X1 göstərilən tələblərini pozaraq, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi 4231 №li, 30 iyun 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı və ekspert rəyi ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (30.06.2021-ci il, saat 07:10) avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəməyə təqdim edilmiş materiallar Şəxs müayinə vaxtı (30.06.2021-ci il, saat 07:10) alkoqol sərxoşluğu vəziyyətində olmasını təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar