Məhkəmə qərarları › İş №3(060)-2730/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2730/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2730/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17 ünvanının qarşısında saxlamış olduğu Zərərçəkmiş şəxs məxsus **- GD-*** dövlət qeydiyyat nişanlı avtomaşının saat 20:30 radələrində təkərinə üç ədəd bolt sancılmış və nəticədə 400 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, onunla eyni qonşuluqda yaşayan Qızyetər adlı qadın artıq iki ilə yaxın müddətdir ki, onunla mübahisədədir. Onun başına nə gəlir hamısını ondan bilir. Təxminən bır ay bundan öncə Qzyetər yaşadığı blokun qarşısında olan sakinlərin əyləşməsi uçun olan skamyanı sökmüşdür. Həmin skamyanı onlar yenidən bərpa etmişlər, lakin daha sonra yenidən o həmin skamyanı dağıtmışdır. Qonşular özləri həmin skamyanın yarısını bərpa etmişlər. Qalan sökülmüş hissəni isə yaxınlıqda olan boş torpaq sahəsinə atmışlar. Onlar həmin ərazini təmizləyən zaman nə Qzyetər, nə də onun maşını orada olmamışdır. O Qzyetərin avtomaşınına zərər vuraracag hər hansı hərəkət etməmiş, onun avtomaşınının təkərlərini zədələməmiş və təkərlərinə bolt batırmamışdır. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10-11:00 radələrindən 18:00 radələrinə kimi Məhərrəmin oğlu Fərhad onların bloklarında oturmuşdur. Axşam saatlarında Fərhadın anası gəlmiş, o anasının qabağına qaçmış və anası Fərhada sumkasından ağ kağız çıxardıb vermişdir. Fərhad da həmin kağızı Samirə vermiş, Samir öz bloklarına girərək şlanqı götürüb ağacları sulamağa başlamışdır. O saat 18-19:00 radələrində çölə çıxdıqda Samirin ağac sulamasını, Samirin onun maşınına tərəf keçməsini və maşının ətrafında əyilib qalxdığını görmüşdür. Bundan iki saat sonra o özünə məxsus avtomobilinə əyləşib həyətdən çıxdıqda rulun ağırlaşdığını hiss etmiş, avtomobili bir az irəliyə sürüb saxlamış, düşüb təkərlərə baxanda qabaq təkərlərin boşaldığını və təkərlərə bolt batırıldığını görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 186-cı maddəsinin tərkib əlamətləri üzrə məsuliyyət tövsüfedici əlamətlərinə görə əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulduğu zaman yaranır, vət. X1 müraciəti əsasında, alınmış izahatlara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və toplanmış materiallar naməlum şəxs(lər)in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibini yaratdığından barələrində inzibati tədbirlərin görülməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* №-li protokola xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, iş materiallarından göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən 25 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilsə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair material Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Bununla da, inzibati tənbeh tətbiq edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 53.1.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar