Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2730/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı X6, Zərərçəkmiş şəxs X2, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə İsmayıllı şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 13/1, mənzil 1 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, M.İbrahimov küçəsində X10 qızına əli ilə bir neçə zərbə vuraraq döyməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 4-cü PB-nin sahə rəisi, polis polis baş leytenantı X8 protokolda göstərilənlərə uyğun izahat vermiş, tərəflərin barışdığını nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Məhəmməd adlı şəxslə dini nikahı var. Məhəmməd zərəçəkmiş şəxsin qardaşı Rima Günəşovanın isə oğludur. O, Məhəmmədə reabilitasiya mərkəzində müalicə alarkən geyim göndərmiş, lakin Məhəmmədin bacısı Aynurə Günəşova və anası Rima ona maneə olmuşlar. Geyimi geri qaytararkən ona bildirmişlər ki, “onlar Məhəmmədlə onun ayrılmasını istəyir, nəinki ona paltar göndərməsini”, bu səbəbdən aralarında münaqişə yaranmış, özünü müdafiə etmək üçün Aynurəni vurmuşdur. Şəxs eyni zamanda izahatında bildirir ki, Rimanı vurmayıb, Rima mübahisə zamanı onların arasına girmişdir. Həmin vaxt qolunun ona dəyməsini istisna etmir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri odəmişdir. Sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. İcraata xitam veriməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, inzibati xətanın törədilməsində özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 Hüseynova ilə aralarında ilk münaqişənin İranənin evinin önündə olduğunudir. Aralarında ilk olaraq sözlü mübahisəsi başlamış, daha sonra Şəxs ona əl-qol atmışdır. Qeyd edir ki, Şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, məhkəmədən icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs Rima Günəşova digər zərərçəkmiş şəxs Aynurə Günəşova ilə eyni məzmunlu izahat verərək, Şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirib, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxslər ərizə verərək qeyd etdiklərini ərizələrində göstərmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə tədbir görülməsi üçün 4-cü Polis Bölməsinə göndərilmişdir. MTE və PA X14 Şəxsindən daxil olmuş 1632 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, Aynurə Günəşovanın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: başın sağ təpə nahiyyəsinin şişkinliyi-hematoması, sağ bazunun, sol bazunun sağ baldırın qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəaitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. MTE və PA X14 Şəxsindən daxil olmuş 1633 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, Rima Günəşovanın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol dirsək oynağının, sol saidin, sağ bazunun qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəaitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin müayinəsindən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığıa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. X5 və Rima Günəşovanın məhkəmə təqdim etdiyi ərizəsindən görünür ki, hər iki şəxs Şəxs ilə barışmış, onlara dəyən ziyan ödənilmişdir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin barışdığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt şəhər 1 Saylı vəkil Burosu həmin qərardadı icra edərək hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclasında iştirak edərək hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə və İXM-nin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2730/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2730/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver