Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2733/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən AR İXM-nin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Göyərçin” abidəsinin yaxınlığından idarə etdiyi “Ford Tranzit” markalı, **-JE- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağdan birinci hərəkət zolağında yol kənarından hərəkətə başlayıb hərəkət hissəsinə daxil olmaq istəyərkən avtomobilin sol hissəsi ilə həmin vaxt ikinci zolaqda hərəkətdə olan X2 idarə etdiyi “Daewoo” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X3 bildirdi ki, sürücü Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Göyərçin” abidəsinin yaxınlığından idarə etdiyi “Ford Tranzit” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağdan birinci hərəkət zolağında yol kənarından hərəkətə başlayıb yola daxil olmaq istəyən zaman avtomobilin sol hissəsi ilə həmin vaxt ikinci zolaqda hərəkətdə olan X2 idarə etdiyi “Daewoo” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, hadisə nəticəsində həmin nəqliyyat vasitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev tərəfindən 06 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmiş, və nəticədə Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş bu səbəbdən sonuncu barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, “Ford Tranzit” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində o, Sumqayıt şəhəri, S. Vurğun küçəsi, “Göyərçin’' abidəsinin yaxınlığında yolun sağdan birinci hərəkət zolağında yol kənarından hərəkətə başlayıb əsas yola daxil olarkən ani diqqətsizlik səbəbindən arxadan gələn avtomobillərə fikir vermədən yola daxil olmuş və bu zaman avtomobilin qabaq sol hissəsi ilə həmin vaxt ikinci zolaqda hərəkətdə olan “Daewoo” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsindən vurmaqla qəza baş vermişdir. Hadisə baş verdikdən sonra oraya polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə aparılmışdır. Hadisə zamanı Daewoo markalı avtomobildə olan bir nəfər sərnişin yüngül xəsarət almış, hadisə vaxtı spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə özünün ehtiyatsızlığı səbəbindən baş vermişdir. Əməlindən peşmandır, təqsirini etiraf edir, hazırda yenə də sürücü kimi fəaliyyət göstərir. Tək dolanacaq mənbəyi sürücülükdür. Bu səbəbdən sürücülük hüququnun məhdudlaşdırılmamasını, cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs xəbərdar edilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayevin 06 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs idarə etdiyi Ford Transit markalı 77-.1E-619 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Göyərçin” abidəsinin yaxınlığında yolun sağdan birinci hərəkət zolağında yol kənarından hərəkətə başlayıb yola daxil olmaq istədikdə ani diqqətsizlik səbəbindən arxadan gələn avtomobillərə fikir vermədən yola daxil olmuş bu zaman avtomobilin qabaq sol hissəsi ilə həmin vaxt ikinci zolaqda hərəkətdə olan Əjdər Abbasovun idarəetdiyi Daewoo Cielo markalı avtomobilin qabaq sağ hissəsindən vuraraq həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs “sol saidin aşağı 1/3-nin dirsək oynağını tutan şişkinliyi-qançırı, sol baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının şişkinliyi-qançırı” ilə müşayiət olunan “Yüngül” dərəcəli bədən xəsarəti aldığından qanunvericiliyə əsasən toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan “MTE və PA Birliyi” X6 Sumqayıt şəhər Şöbəsinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 1383 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - “sol saidin aşağı 1/3-nin dirsək oynağını tutan şişkinliyi-qançırı, sol baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumalarının şişkinliyi-qançırı” Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən Liman klinikasının qarşısından Daewoo markalı avtomobilə sərnişin qismində əyləşmişdir. Təxminən saat 16 radələrində həmin avtomobillə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Göyərçin” abidəsinin yaxınlığında yolun sağdan ikinci hərəkət zolağında hərəkətdə olan zaman yolun sağdan birinci hərəkət zolağında yol kənarında dayanmış Ford markalı avtomobilin sürücüsü sərnişini olduğu avtomobili gözləmədən yola daxil olmaq istəmiş və bu zaman qabaq sol hissəsi ilə avtomobilin qabaq sağ hissəsindən vurmuş, hadisə baş verdikdən sonra oraya polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparılmış, hadisə baş verən zaman özü xəsarət aldığından axşam saatlarında ağrıları baş qaldırmış və müayinə olunmaq üçün Sumqayıt şəhər TTYX-na müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs AR İXMnin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin bəndinin İ hissəsinin 5-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs peşman olmasını onun əməlini yüngüləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2733/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2733/2023
04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver