Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2737/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2657/2016 nömrəli icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(105)-2657/2016 nömrəli icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 117 (yüz on yeddi) manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş üzə xx.xx.2017-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu tərəfindən alimentin ödənilməsi həyata keçirilmədiyindən 20560 manat məbləğində aliment borcu yaranmışdır. Daha sonra məhkəmənin növbəti iclaslarında zərərçəkmiş şəxs və "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışlar nəzərə alınmaqla, dekabr ayının ödənişi də daxil olmaqla borclu tərəfindən 7475 manat məbləğində aliment borcunun ödənilmədiyini qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, onun 2021-ci ilin iyul ayına qədər rəsmi iş yeri olmuş və aliment onun əmək haqqından mütəmadi olaraq tutulmuşdur. O, 20560 manat məbləğində aliment borcunun olmasını inkar edərək məhkəməyə onun tərəfindən edilmiş ödənişlərə dair çıxarışların təqdim edilməsi üçün möhlət verilməsi və adına olan kart hesablarından Zərərçəkmiş şəxs kart hesabına ödənilən məbləğlər barədə çıxarışın əldə edilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilməsinə dair vəsatət vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Qeyd edilən sorğuya "xxxx" ASC tərəfindən verilmiş çıxarışa əsasən onun etdiyi ödənişlər borc məbləğindən çıxıldıqdan sonra 7475 manat aliment borcunun olması ilə də razı olmamışdır. Bildirmişdir ki, zərərçəkmiş şəxslə münasibətləri yaxşı olmuş, ona görə də ödənişlərin bir qismini əlbəəl etmişdir. Həmçinin, o, ata kimi uşaqlarına yaxşı baxır, avtomobil alınması üçün zərərçəkmiş şəxsə 2000 manat pul da vermişdir. Etdiyi ödənişlər nəzərə alınsa, bu günə onun tələb olunan qədər aliment borcu yaranmamalıdır. O, təxminən 1500-2000 manat məbləğində borcunun olmasını və alimentin ödənilməməsinə səbəb kimi işsiz olmasını bildirmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, o, borcun dəqiq məbləğini xatırlamır, icra məmuru ilə birlikdə ödəniş qəbzləri hesablandıqda hələ də borcun çox olduğu müəyyən edilir. Uşaqların məsuliyyəti onun üzərində olduğundan ödənilən məbləğləri xatırlamır. Aliment ödənişinin olmasını danmır, lakin borcun nə qədər olduğunu xatırlamır. Əgər borclu şəxsin ödəniş barədə sübutları varsa məhkəməyə təqdim etsin. Barəsində icraat aparılan şəxs işlədiyi müddət ərzində aliment nizamlı şəkildə onun əmək haqqında tutulmuş, lakin, işdən çıxdıqdan sonra isə alimentin ödənilməsində gecikmələr olmuş və ya alimenti ödəməmişdir. Hazırda o, yaranan aliment borcunu tam şəkildə tələb edir. Eyni zamanda qeyd etmişdir ki, 2 aya yaxın müddət ərzində barəsində inzibati icraat aparılan şəxs tərəfindən 150 manat məbləğində aliment ödənilmişdir. Həmin məbləğ ilə uşaqlarının ehtiyaclarının qarşılanması mümkün deyildir. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün sərt tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, borclunun izahatını və etdiyi ödənişləri nəzərə alınsa, həmin şəxsin 1500-2000 manat məbləğə yaxın aliment borcu qalmışdır ki, həmin məbləği də ödəməkdən boyun qaçırmır. Qısa müddət ərzində borclu şəxsin yaranmış borcundan ödənişlər həyata keçirəcəyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2016-cı il tarixli, 2(105)-2657/2016 nömrəli Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədi üzrə xx.xx.2009-cu il təvəllüdlü X4 və 07 iyun 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 117 (yüz on yeddi) manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin 19 may 2016-cı il tarixdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-2657/2016 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-2657/2016 nömrəli sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsində verdiyi xx.xx.2017-ci il tarixli izahatdan görünür ki, o, yaranmış borcunu birdəfəlik ödəyə bilmir. Hazırda aliment borcunu ödəməkdən boyun qaçırmır və ona vaxt verilsə borcunu hissə-hissə ödəməyə razıdır. xx.xx.2017-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-2657/2016 nömrəli icra sənədinə əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs Sumqayıt şəhər üzrə İcra İdarəsinə ünvanlandığı ərizəsində həmin tarixə Şəxs 20560 manat məbləğində aliment borcunun olması və qanuna müvafiq tədbirlər görülməsi, borcunu ödəmədiyi halda məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən göndərilmiş çıxarışla Şəxs 540408******2558 və 416973******7927 nömrəli kart hesablarından Zərərçəkmiş şəxs 416973******2114 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 1445 manat məbləğində ödəniş edilməsi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb qeyd edir ki, iş üzrə barəsində icraat aparılan şəxs Şəxs borcun məbləğinin müəyyənləşdirilməsi üçün möhlət verilmiş, onun vəsatəti təmin edilməklə "xxxx" ASC-yə çıxarışların təqdim edilməsinə dair sorğu göndərilmiş, həmin sorğu əsasında və zərərçəkmiş şəxs tərəfindən təqdim edilən çıxarışlara əsasən dekabr ayı da daxil olmaqla barəsində inzibati qaydada icraat aparılan şəxsin 7475 (yeddi min dörd yüz yetmiş beş) manat məbləğində aliment borcunun olması müəyyən edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs aliment borcu ilə razılaşmayaraq, ödənişləri etdiyini bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs icra sənədi üzrə ödənişləri tam etməməsi və icra idarəsinə gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 16 dekabr 2024-cü il tarixdən saat 15:50-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 dekabr 2024-cü il tarixdən saat 15:50-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2737/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2737/2024
16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver