Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2742/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosuun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 3-ün qarşısında olan 01 (bir) ədəd velosipedi, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən “Şəfa” sanatoriyasının həyətindən 01 (bir) ədəd su nasosu, xx.xx.2022-ci il arixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən Uşaq Xəstəxanasından elektrik naqilləri oğurlamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs izahatında bildirdi ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 3-ün qarşısında olan 01 (bir) ədəd velosipedi oğurlayaraq Kimyaçılar qəsəbəsinə getmiş və orada velosipedi tanımadığı şəxsə 15 (on beş) manata satmışdır. Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən “Şəfa” sanatoriyasının həyətində olan dəmir butkadan 01 (bir) ədəd su nasosunu oğurlamış və səhərisi gün bağlarda dəmir yığan şəxsə 40 (qırx) manata satmış, bundan əlavə Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən Uşaq Xəstəxanasında dirəklərdə olan elektrik naqillərini söküb aparmış və səhərisi gün bağlarda dəmir yığan şəxsə 15 (on beş) manata satmışdır. Zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanları ödəməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Uşaq Xəstəxanasında işləyir, lakin etibarnamə gətirməmişdir. Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən X1 Şöbəsinin müayinə və müalicə korpusunun elektrik naqilləri oğurlamışdır. Oğurluq nəticəsində Uşaq Xəstəxanasına 90 (doxsan) manat məbləğində maddi ziyan dəymiş və maddi ziyan ödənilməmişdir. Şikayətçi olduqlarını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Sumqayıt şəhəri, 10-cu məhəllədə yerləşən “Şəfa” sanatoriyasının həyətindən quraşdırılmış olan 01 (bir) ədəd su nasosu oğurlanmışdır. Su nasosu Qubadlı rayon İcra Hakimiyyətinin balansındadır. Oğurluq nəticəsində Qubadlı rayon İcra Hakimiyyətinə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymiş və maddi ziyan ödənilməmişdir. Şikayətçi olduqlarını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Sumqayıt Şəhər polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar əlavə edilmiş materiallar natamamdır. Belə ki, MN seriyalı ******* nömrəli protokol üzrə zərərçəkmiş şəxsin sikayətinin olub-olmaması araşdırılmamış, MN seriyalı ******* nömrəli protokol üzrə oğurlanmış su nasosunun kimə məxsus olması araşdırılmamış və qiyməti müəyyən edilməmiş, MN seriyalı ******* nömrəli protokol üzrə isə iş materiallarına zərərçəkmiş şəxsin nümayəndəsinin etibarnaməsi əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində olan xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində olan xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* №-li, MN seriyalı ******* №-li və MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə onu tərtib etmiş səlahiyyətli orqana yəni, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə geri qaytarılsın. Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilətəqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2742/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2742/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver