Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2744/2024 29.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Bakı- Sumqayıt yolu, Ceyranbatan qəsəbəsinin sağ sahilində yerləşən Korpus olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 25 oktyabr 2024-cü il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 11.058,87 Avro məbləğində vəsait 05 oktyabr 2022-ci il tarixdə xaricə köçürülmüş, lakin 2 il müddət keçmədən mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Qeyd edilən malların idxal edilməsi ilə bağlı müvafiq gömrük bəyannamələri mövcuddur. Həmin bəyannamələrin birində müqavilə nörməsi texniki yanlışlıq səbəbindən səhv göstərildiyi üçün 9.724,64 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunması bank sistemində qeydə alınmamış və buna görə də hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, həmin məbləğdə malların ölkəyə idxal edilməsinə dair müvafiq gömrük bəyannaməsi mövcuddur. Bundan əlavə müvafiq pul vəsaiti Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “X4 Sanayi ve Tic. A.Ş” Şirkətinin hesabına köçürülmüşdür. Qeyd edilən şirkətin hesabına Şəxsndən indiyədək ayrı-ayrı vaxtlarda köçürülmüş pul vəsaitlərinin məbləğləri barədə bankdan müvafiq məktub alınmışdır. Məktuba əsasən köçürülmüş pul vəsaitlərinin ümumi məbləği 46.364,92 Avro təşkil edir. Eyni zamanda Dövlət Gömrük Komitəsindən də müvafiq məktub və çıxarış alınmışdır. Həmin çıxarışda Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “X4 Sanayi ve Tic. A.Ş” şirkətindən Şəxsnə idxal edilmiş malların dəyəri göstərilmişdir. Çıxarışda olan məbləğlər toplandıqda indiyədək həmin şirkətdən Şəxsnə 60.500,98 ABŞ dolları məbləğində malların idaxl edildiyi göstərilir. Göründüyü kimi Şəxsndən “X4 Sanayi ve Tic. A.Ş” şirkətinin hesabına köçürülmüş pul vəsaitləri ilə həmin şirkət tərəfindən Şəxs ünvanına göndərilmiş və ölkəyə idxal edilmiş malların dəyəri həmin dövrün, yəni 2022-ci ilin valyuta məzənnələri nəzərə alındıqda eynilik təşkil edir. Bu hal bir daha təsdiq edir ki, hazırki inzibati xəta haqqında protokolda qeyd edilmiş 9.724,64 Avro məbləğində vəsait hesabına alınan mallar da ölkəyə idxal olunmuşdur. Sadəcə müəyyən sənədlərdə olan texniki yanlışlıqlar səbəbindən uyğunsuzluq yaranmış və bank sistemində qeydə alınmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11.058,87 Avro məbləğində vəsaiti 05 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 9.724,64 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 oktyabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 200/200/0454/2024 saylı məktubdan görünür ki, Şəxs tərəfindən Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “X4 Sanayi ve Tic. A.Ş” Şirkətinin hesabına köçürmələr aşağıdakı tarixlərdə və məbləğlərdə olmuşdur: xx.xx.2022-ci ildə 9.191,95 Avro, xx.xx.2022-ci ildə 10.025,16 Avro, xx.xx.2022-ci ildə 10.251,97 Avro, xx.xx.2022-ci ildə 11.058,87 Avro, xx.xx.2022-ci ildə 5.836,97 Avro. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-33/2- 017229/2024 saylı məktubdan və həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “X4 Sanayi ve Tic. A.Ş” Şirkətindən Şəxs ünvanına idxal edilmiş malların invoys dəyəri və tarixləri aşğıdakı kimi olmuşdur: xx.xx.2022-ci ildə 5.266,12 ABŞ dolları, xx.xx.2022-ci ildə 7.285,94 ABŞ dolları, xx.xx.2022-ci ildə 12.966,74 ABŞ dolları, xx.xx.2022-ci ildə 12.558,51 ABŞ dolları, xx.xx.2022-ci ildə 12.201,95 ABŞ dolları, xx.xx.2022-ci ildə 8.333,67 ABŞ dolları, xx.xx.2022-ci ildə 1.888,05 ABŞ dolları. Beləliklə müəyyən edilmişdir ki, Şəxs tərəfindən indiyədək Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən “X4 Sanayi ve Tic. A.Ş” Şirkətinin hesabına köçürülmüş valyuta vəsaitlərinin ümumi məbləği 46.364,92 Avro təşkil etmiş, həmin şirkətdən isə 2022-ci il ərzində Şəxs ünvanına göndərilmiş və ölkəyə idxal edilmiş malların ümumi invoys dəyəri 60.500,98 ABŞ dolları təşkil etmişdir. Yəni, xaricə köçürülmüş valyuta vəsaitlərinin məbləği ilə həmin vəsaitlərə görə ölkəyə idxal edilən malların dəyəri həmin dövrün valyuta məzənnələri nəzərə alındıqda eynilik təşkil etmişdir. Göründüyü kimi Şəxs tərəfindən 05 oktyabr 2022-ci il tarixdə xaricə köçürmüş pul vəsaitləri hesabına alınan mallar ölkəyə tam idxal edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 18,4, 40, 43, 53.1.2, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2744/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2744/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver