Məhkəmə qərarları › İş №3(060)-2747/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2747/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2747/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti baş inspektoru Bahadır Aslanovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 şikayətinə baxaraq müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti baş inspektoru Bahadır Aslanovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X1 daha əvvəl verdiyi analoji şikayəti Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə geri qaytarılmasına baxmayaraq o yenidən məhkəmə qərarında göstərilən çatışmazlığı aradan qaldırmadan, həmçinin aidiyyət qaydalarına da riayət etmədən yenidən şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər təkrarən geri qaytarılmalıdır. Belə ki, şikayətdə Bakı şəhəri X7 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilir, lakin şikayətə mübahisələndirilən qərar əlavə olunmamışdır. X4 şikayətinin mətnində onun şikayətinin yenidən geri qaytarılmamasını xahiş etsə də, sonuncunun mübahisələndirilən qərarın əldə edilməsi üçün qərarı qəbul etmiş inzibati orqana və ya yuxarı inzibati orqana rəsmi müraciət etməsini təsdiq edən sübut şikayətə əlavə edilmiş sənədlərdə müəyyən olunmur. X4 mübahisələndirdiyi qərarı əldə etmək üçün qərarı qəbul etmiş inzibati orqana rəsmi müraciət edib həmin inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə müvafiq inzibati məhkəməyə iddia qaldırmaq hüququndan istifadə edə bilərdi. Göstərilənlərdən başqa məhkəmə onu da qeyd edir ki, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhərinin F.X.Xoyski küçəsində baş vermişdir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati xətalar haqqında işlərə və qərardan şikayətlərə xətanın törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X1 şikayətinə onun yaşadığı yerdə baxılmasına dair ayrıca vəsatəti daxil olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, X1 məhkəməyə təqdim etdiyi sənədlər natamam olduğundan, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmaması məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri X7 İdarəsinin yol patrul xidməti baş inspektoru Bahadır Aslanovun tərtib etdiyi xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə X2 geri qaytarılsın. Şikayət vermiş şəxs X2 izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə və aidiyyət məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar